Dövlət qurumları ilə vətəndaşlar arasında yaranan hüquqi mübahisələrdə məmurların və dövlət orqanlarının inzibati resurslardan istifadə edərək üstün mövqeyə yiyələnməsi cəmiyyətdə ciddi narazılıq doğuran məsələlərdəndir. Məhkəmə və inzibati çəkişmələrdə vətəndaşın hüquqlarının kifayət qədər qorunmaması sosial ədalətin bərpasına mane olur.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev dövlət qurumları ilə vətəndaşlar arasında yaşanan hüquqi müstəvidəki problemləri şərh edərkən bildirib.
“Vətəndaş Qalib Gəlsə Də, Qurum Üst Quruma Çıxıb Hər Şeyi Edir”
Millət vəkili dövlət qurumlarının vətəndaş qarşısında aşkar üstünlük əldə etdiyini və bunun yolverilməz olduğunu kəskin tənqid edib:
“Vətəndaşlarla qurumlar arasında olan mübahisələrdə dövlət qurumu birmənalı olaraq qalib gəlir. Bu, doğru deyil. Mənim faktlarım da var ki, vətəndaş qalib gəlsə belə, qurum üst quruma çıxıb qalib gəlmək üçün hər şeyi edir”.
“Qanunvericilikdə Bu Məsələlər Dəqiq Tənzimlənməlidir”
Parlamentari bu cür özbaşınalıqların və haqsızlıqların qarşısını almaq üçün qanunvericilik bazasının təkmilləşdirilməsinin vacibliyini vurğulayıb:
“Qanunvericilikdə bu cür məsələlər tənzimlənməlidir və bu cür hallara yol verilməməlidir. Dövlət qurumu vətəndaşla mübarizə aparan yox, onun hüquqlarını təmin edən tərəf olmalıdır. Məhkəmə çəkişmələrində və inzibati proseslərdə vətəndaşın zəif tərəf kimi qorunması və ədalətin bərqərar olunması üçün hüquqi mexanizmlər sərtləşdirilməlidir”.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət

