backend

Həyatımızı idarə edən rənglər

Həyatımızı idarə edən rənglər

















Bu dəfə ki mövzumu uşaqlıqdan"svetafor" kimi tanıdığımız işıqforların olmamasından və onun insan həyatında nə kimi böyük rol oynadığını bir sözlə desək, əhəmiyyətindən başlamaq istədim.

Kiminin bilib, kimin isə bilmədiyi və bizi daim idarə edən 3 rəng vardır: Bu "qırmızı", "yaşıl" və "sarı". Bir çoxlarımız bu rənglərin taa uşaqlıqdan nə məna daşıdığını əzbər bilirik. Gəlin birdə onun haqda kiçik bir informasiyaya nəzər salaq.
İşıqforlar əvəllər dəmiryollarının qatarlarını idarə etmək üçün tətbiq edilib. Dəmiryolu idarəsi işıqfor üçün üç rəng nəzərdə tuturdu – qırmızı, yaşıl və ağ. Qırmızı rəng “dayan” mənasını verirdi. Qan rəngi olduğundan qırmızı əsrlər boyu təhlükənin, təxribatın və ölümün simvolu olub. 1830-cu ildə dəmiryolu ilk dəfə fəaliyyətə başlayan zaman, yaşıl “xəbərdarlıq”, ağ rəng isə “getmək” mənasını verirdi.
Bir müddət sonra ağ rəng çox problem yaratmağa başladı. Işıqforun ağ rəngi digər küçə lampaları ilə səhv salınırdı. Daha da pisi bu idi ki, “dayan” mənasını verən qırmızı rəngin işığı yananda ağ rəngin də üzərinə işıq düşürdü. Və bunun da nəticəsində çoxlu qəzalar baş verirdi. Sonralar ağ işıq sarı ilə əvəz olundu. Bundan sonra – qırmızı “dayan”, yaşıl “getmək”, sarı isə “xəbərdarlıq” mənasını verməyə başladı. Sarı ona görə seçildi ki, o, rənglər içində ən gözəçarpan idi.
Hal-hazırda isə yaşadığımız bu son illərə bir daha diqqət yetirsək, insanlar sanki öz həyatına özləri son vermiş olur. Elə bil insanlar bu rəngləri tam başqa cür anlayıb.Məsələn: qırmızını- getmək, yaşıl-xəbərdarlıq, sarı isə dayan anlamına gəlir. Bəzi insanlar üçün isə demək olar ki, bu rənglərin əhəmiyyəti belə yoxdur. "Mənə istər yolumda, istərsə də həyatda həmişə yaşıl işıqdır, yolum isə açıqdır. " deyib keçənləri də eşitmişəm. Bunun isə acı sonluğuna dəfələrlə şahid oluruq.
Yaşadığımız son illərə nəzər salsaq şəhərimizin gözoxşayan yaşıllıqları və təmizliyi ilə nə qədər göz önündə olduğunu bir daha görə bilərik. Gün keçdikcə daha da abadlaşan şəhərimiz şəhərlər arasında birincilik qazanıb və əvəzolunmaz dövr yaşayır. Bütün bu əlverişli şəraiti yaradan və daim yenilikləri ilə bizi sevindirən, öz xalqına, dövlətinə hər zaman dəstək olan prezidentimiz İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk.
Paytaxtımızda olan bir çox yeni dəyişikliklər hamımızı sevindirir. İrəliyə doğru atılan iri addımlar bizi sağlam gələcəyə doğru aparır. İnsanların daha yaxşı yaşaması və bunun üçün görülən işlər qürurverici hissdir. Bəzən istəməsək də bunun əksi ilə qarşılaşırıq. Bu gün də öz toxunulmazlığını qoruyan bir çox problemlər var ki, hələ də artmaqdadı. Bu da insan həyatında təhlükələrə çevrilə bilər.
Təhlükə demişkən Yasamal rayonu .. yerləşən ərazidə dayanacaqların və işıqforların olmaması böyükdən kiçiyə hamını təhlükə qarşısında aciz buraxır. Hərçənd ki, vaxti ikən həmin küçədə dayanacaq quraşdılmışdı. Lakin bəzi məsuliyyətsiz insanlar tərəfindən bu dayanacaqlar yararsız vəziyyətə düşmüş və aradan qaldırılıb. İndi isə bu dayanacaqların olmaması həm bizə, həm də avtobus sürücülər arasında narazılıq yaradır.
Bu ərazidə dayanacaqlarla bərabər işıqforların da olmamağı sürücülər və bəzi piyadalar tərəfindən etirazla qarşılanıb.
Sürücü və piyada arasında yol mədəniyyətini tənzimləyən işıqforlar, eyni zamanda ölkədə qəza sayının azalmasında da mühüm rol oynayır.
Yolun digər hissəsinə keçmək ən çox da məktəbli şagirdlərə çətinlik yaradır. Valideynlər isə övladına görə qorxduqları üçün özləri aparıb gətirmək məcburiyyətində qalırlar. Bir sözlə desək sözügedən bu ərazidə gediş -gəliş çətinləşdiyindən müəyyən təhlükələrə yol aça bilər.
Odur ki, bir vətəndaş kimi bildirirəm ki, bu təhlükələrin qarşısını almaq üçün müəyyən tədbirlər görüb, həm qəza, həm də ölüm hallarının qarşısını almalıyıq.
Yol hərəkəti qaydaları hər bir ölkənin mədəniyyətidir.Ölkəmizin mədəniyyətini qorumaq üçün bu qaydalara əməl etməyə söz verək.