backend

Sahibkar Əmək Məcəlləsinin müddəalarını pozur

Sahibkar Əmək Məcəlləsinin müddəalarını pozur





















Son zamanlar sahibkarlığın inkişafıyla bağlı ölkədə bir sıra tədbirlər həyata keçirilir.

Hətta Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisə "Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında" adlı qanun layihəsi daxil olub. Layihədə yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulduğu qeyd olunub. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq. Layihədə göstərilib ki, qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Təəssüf ki, ölkə başçısının bu addımından sui-istifadə edən sahibkarlar kifayət qədərdir. Bunlardan biri də "Qızıldaş" daş karxanasının rəhbəridir. Bu şəxs ölkə başçısının fərmanına məhəl qoymur. Belə ki, fərmandan sui-istifafə edərək rəhbərlik etdiyi daş karxanasında kifayət qədər nöqsana yol verir. Özbaşınalıqlara yol verərək orada fəaliyyət göstərən işçilərin hüquqlarını pozmaqla məşğuldur. Belə ki, bizə verilən məlumatlara görə sözügedən daş karxanasında bir sıra qanun pozuntularına yol verilir. Bundan başqa, sözügedən daş karxanasında işçilərə qarşı münasibət birmənalıı deyil. Belə ki, işçilərin hüquqları tapdalanır. Bu müəssisələrdə çalışan fəhlələrin əzab-əziyyətlə pul qazanmalarına rəğmən, onların təhlükəsizliyinin təmin olunmaması, karxanada tez-tez bədbəxt hadisələrin baş verməsi və insanların burada çalışarkən daim qorxu altında olması günün aktual problemlərindən biridir. Qeyd edək ki, "Qızıldaş" karxanasında işləyən fəhlələrin arasında ölkənin bütün bölgələrindən olan vətəndaşlara rast gəlmək olur. Onların hüquqlarının müdafiəsi isə, hələ də lazımi səviyyədə təşkil edilməyib. Bir sözlə, qanunların normal işləmədiyi bu karxananın arxasında hansısa məmurun dayandığı deyilir. Ona görə də daş karxanasına nəzarət etmək mümkün deyil. Əmək müfəttişlərinin də həmin karxanada yoxlama aparmağa gücü yetmir. Ona görə də sözügedən müəssisələrdə özbaşınalıq hökm sürür. Verilən məlumatlarda göstərilir ki, "Qızıldaş" daş karxanası vergidən yayınır. Belə ki, işçilərlə heç bir müqavilə bağlamır. Bundan başqa işçilərin təhlükəsizliyi qorunmur. Daş karxanalarında faciəli şəkildə dünyasını dəyişən insanların ailələrinə isə heç bir yardım göstərilmir. Baş verən bədbəxt hadisələrə görə heç bir məsuliyyət hissi keçirmirlər. Bundan başqa fəhlələri Əmək Məcəlləsində göstəriləndən artıq işlədirlər. Əmək qanunvericiliyinə görə, vətəndaşlar müəyyən vaxtdan sonra məcburi olaraq işlədilə bilməzlər. Karxanada səhər saat 8-dən gecə 12-yə kimi işləyənlər var. Onlar bu qədər ağır və zəhmətli işin qarşılığında çox az maaş alırlar. Bir sözlə, daş karxanası insanların hüquqlarını pozmaqla məşğuldur. Bu sahəyə xüsusi diqqət ayrılmalı və orada baş verən qanunsuzluqlar aradan qaldırılmalıdır.