backend

Sürücüsüz avtomobillərin Formula yarışları keçiriləcək

Sürücüsüz avtomobillərin Formula yarışları keçiriləcək




Formula avtomobil şirkətləri indi də sürücüsüz avtomobillərini yarışdıracaqlar. Artıq sürücüsüz “Formula E” yarışı üçün qərar verilib.

Sürücüsüz avtomobil texnologiyalarının da inkişaf etdiyini əsas gətirən avtomobil şirkətləri artıq onları yarışdırma zamanının gəldiyini elan ediblər. Bu yarışa bütün böyük AVTOMOBIL firmaları qatılacaq.

Rəqabət sürücüsüz avtomobil texnologiyalarındakı əskikləri, gözdən qaçan detalları daha aşkarlamağı təmin edəcək və bu səbəbdən bu texnologiyanın inkişafı da sürətlənmiş olacaq.

İlk sürücüsüz “Formula E” yarışının növbəti il təşkil edilməsi gözlənilir. Yarış, normal “Formula E” yarışlarının təşkil edildiyi məkanda, eyni şərtlərdə keçiriləcək. Sadəcə olaraq avtomobillərin içində pilot olmayacaq. Komandalar bu dəfə pilotun peşəkarlığı üçün yox, süni zəka proqramının səhvsiz və yüksək performanslı çalışması üçün baş sındıracaqlar.

Qeyd edək ki, “Formula E” yarışı elektrik avtomobillərinin mübarizə apardığı bir yarışdı.