backend

Küçədə 78 yaşlı kişi meyiti tapıldı

Küçədə 78 yaşlı kişi meyiti tapıldı



Bu gün səhər saat 08:40 radələrində Xaçmazın Xudat şəhərində kişi meyidi tapılıb.

ANS PRESS-in məlumatına görə, hadisə yerinə Xaçmaz polis şöbəsinin Xudat bölməsinin və Xaçmaz prokurorluğunun əməkdaşları gəlib.

Xudat polisi meyitin kimliyini aydınlaşdırıb. Xudat polis bölməsinin rəisi Zaur Bayramovdan aldığımız məlumata görə, meyit 78 yaşlı, Xaçmazın Mollaburhan kəndinin sakini Naşeh Fateh oğlu Məmmədova məxsusdur.

Onun Xudatda küçə arxının yanında ölü tapılmasının, ölümünün səbəblərini Xaçmaz prokurorluğu araşdırır.

Meyit tibbi ekspertiza olunub. Meyitin üzərində heç bir zorakılıq əlaməti olmayıb. Ölümün səbəbləri araşdırılır.