backend

Məhkəmədə dəhşət: hakimi diri-diri yandırmaq istədi - VİDEO

Məhkəmədə dəhşət: hakimi diri-diri yandırmaq istədi - VİDEO

Arvadıma hücum etməmişəm, onu öldürmək istəməmişəm! Axı niyə başa düşmürsünüz?! Axı niyə günahsız olduğum təqdirdə, məni cinayətkar elan edirsiniz?! İndi mən sizi cəzalandıraram!"


Bunu deyən kişi yerə yıxdığı qadın hakimi yandırmağa hazırlaşıb.

Olay Braziliyanın San-Paulu şəhərində yaşanıb. 36 yaşlı Alfredo Xose dos Santos arvadına hücum etməkdə, onu döyməkdə və öldürmək istəyində suçlanırdı.

Hakim Tatien Moreyra Limanın qərarına görə, o, suçlu sayılmışdı.

Məhkəmə iclasının ertəsi günü hakimin yanına yollanan Alfredonun çantasında içində yandırıcı maye, daha konkret olsaq, benzin və mazut qarışığı olan butulka vardı.

Mühafizəçi polisi yıxan, sonra da polisin açdığı atəşdən yayınan Alfredo Butanta Məhkəməsinin binasına daxil olub, qaçaraq hakimin iş otağına gedib.

Orada hakim qadını vurub yerə yıxan Alfredo qışqırıb və butulkadakı yandırıcı qarışığı hakimin üzərinə töküb, sonra da cibindən alışqanı çıxararaq: "Özümü də, bu qadını da yandıracağam", - deyib.

Polisin "Sakit ol, sakitləş!" sözlərinə Alfredo belə cavab verib: "Səsini kəs! Jurnalistləri çağır! Buraya telekanalların jurnalistləri gəlməlidir! Tez olun!"

Daha sonra o, hakimin başını əyərək ondan soruşub: "Bu murdar köpəklərə özün de - mən dəliyəm?! Dəliyəm mən?!"

Boğulmaqda olan hakim qadın xırıldayıb: "Ox, sən dəli deyilsən!"

Alfredo qışqırıb: "Görürsünüzmü? Mən günahsızam!"

İnsident 20 dəqiqə davam edib. Hadisə yerinə gəlmiş polislər sonucda Alfredo Xose dos Santosu zərərsizləşdiriblər, hakim Tatien Moreyra Limanı xilas ediblər.

Hakim Lima San-Paulu şəhərindəki "Albert Einstein Hospital"ında müayinə olunub. Onun ciddi xəsarət almadığı bildirilir



.