backend

Azad Rəhimov vəzifədən çıxarılıb – DE FAKTO

Azad Rəhimov vəzifədən çıxarılıb – DE FAKTO





















Gənclər və İdman nazirinə nurçu ittihamı

Nazir işlərində ciddi səhvlərə yol verdiyi üçün hakimiyyət dairələrinin gözündən düşüb

Gənclər və İdman naziri Azad Rəhimov artıq vəzifəsini demək olar ki, icra etmir. Bu barədə qaynarxett.az-ya məlumat verən etibarlı mənbələrin bildirdiyinə görə, nazirin belə vəziyyətlə üzləşməsi onun işdə yol verdiyi ciddi nöqsanlarla bağlıdır.

Məlumatlarda deyilir ki, Rəhimov nazir olaraq bir sıra kadr yanlışlığı etməklə yanaşı, təşkilatçılıq işlərində, habelə maliyyə məsələlərində həddindən artıq böyük səhvlərə yol verib. Üstəlik, onun atdığı bir sıra addımlar hakimiyyət dairələrinə zərər vurub ki, nəticədə, yuxarıların gözündən düşən nazirin işdən azad edilməsi qərarlaşdırılıb.

Mənbələr qeyd edirlər ki, Azad Rəhimovun «Formula 1» yarışlarının təşkili işində də ciddi səhvlər etdiyi aşkarlanıb. Bəzi bilgilərə görə, nazir hətta təşkilatçılıq zamanı israfçılıq edərək, yeyintilər üçün səbəblər yaradıb. Öz işinin öhdəsindən gələ bilmədiyi üçün hakimiyyətin qəzəbinə tuş gələn sözügedən şəxsin əvəzlənməsi isə zərurətə çevrilib.

Xatırladaq ki, Azad Rəhimovun adı buna qədər nurçularla da ortaq çəkilmişdi və hətta iddia olunurdu ki, bu gün Azərbaycanda Fətullah Gülən cameəsinə aid olan sahibkarlarla çox ciddi biznes əlaqəsinə malik olan Azad Rəhimovu qeyri-rəsmi olaraq Fətullah Gülənin qara biznesinin yönəlticisi kimi də qəbul etmək olar.

Onu da xatırladaq ki, Azad Rəhimov nazir postuna gətirilməzdən qabaq biznes fəaliyyəti ilə məşğul olub. Yəni biznes sferası Azad Rəhimov üçün heç də yad olan bir sahə deyil və bu gün Azərbaycanın gənclər siyasətinə rəhbərlik edən bu şəxsin əlində böyük biznes şəbəkəsi var. Doğrudur, qanunlarımız hansısa məmurun bizneslə məşğul olmasını qadağan edir. Və bu qadağa yetərincə haqlı məqamlarla zəngindir. Yəni ehtimal olunur ki, məmurlar əllərindəki administrativ rıçaqlar hesabına öz bizneslərini inkişaf etdirə bilərlər. Bu səbəbdən məlum qadağa illərdir ki, tətbiq olunmaqdadır.

Amma Azad Rəhimov da digər əksər məmurlar kimi, məlum qadağanın yanından keçənlərdəndir.

qaynarxett.az