backend

Azərbaycanlı müğənniyə hədə: "Başını kəsərik”

Azərbaycanlı müğənniyə hədə: "Başını kəsərik”

Əməkdar artist Elnarə Abdullayeva indən belə hər verilişdə iştirak etməyəcək.

qaynarxett.az xəbər verir ki, müğənni “Hər şey daxil” verilişində maraqlı açıqlamalar verib: “Bu yaxınlarda maqazin verilişlərindən birinə müsahibə vermədim. Bir verilişdə sual ünvanladılar ki, verilişdə kiminsə sizlə yanbayan oturmasına qadağa qoyarsınızmı?. Cavab verdim ki, xeyr, belə günah qazanmaram. Hamı kiminsə yanında otura-otura öyrənməlidir. Bunu efirdə başqa yöndə verdilər. Qardaşlarım zəng etdi ki, sənin başını kəsərik, başqasıyla nə işin var? Sənin ayaqlarını sındırıb, evdə otuzdurarıq. And içdim ki, elə deməmişəm. Ondan sonra özümə qadağa qoymuşam ki, əgər oxumaq varsa, efirə gedəcəm. Yoxdursa, mən müsahibə vermirəm”.