Əməkdar artist, aktrisa Tünzalə Əliyevanın paylaşdığı foto sosial şəbəkəni bir-birinə vurdu.
Publika.az xəbər verir ki, aktrisanın İnstaqramda paylaşdığı foto müzakirəyə səbəb olub və bəzi insanlarda qəzəb doğurub. Onlar Toppuş bacını təhqir etməkdən belə çəkinməyiblər:
“Yeri get, uşağına bax. Dayə niyə sənin uşağına baxmalıdır. Qoy ana sevgisi görsün. Ekrana çıxıb bambılılıq eləməkdənsə, övladına analıq elə. Bizim şitlərin gic-gic serialları olmasa olmaz”. Aktrisanın müdafiəsinə qalxanlar da olub:
“Ayıb olsun sizə, Sizə nə var kim baxacaq? Sən gəlib onlara pul verəcəksən? Onda oturub uşağına baxar bambılı”.