backend

Aparıcı Yusif aktrisanı biabır etdi: "Sən necə azərbaycanlı qadınsan ki, gecə 11-də..." - VİDEO

Aparıcı Yusif aktrisanı biabır etdi: "Sən necə azərbaycanlı qadınsan ki, gecə 11-də..." - VİDEO













Əməkdar artist Kəmalə Hüseynova ilə ATV-nin aparıcısı Yusif Ağayev arasında canlı efirdə qalmaqal yaşanıb.

"10-dan sonra" verilişində qonaq olan aktrisa işlərinin çoxluğu ilə əlaqədar evə gecə saat 11-də getdiyini açıqlayıb. Aparıcı Y. Ağayev isə ona üzünü tutaraq "Kəmalə xanım, onda ortaya belə sual çıxır ki, siz ailədə tapılmırsınız. Bəs ailə? Belə çıxır ki, evə gəlib başınızı atıb yatırsınız, bu da sizin ailəyə olan münasibətiniz" sualı aktrisanı özündən çıxarıb: "Bəs neçə illər ailə məzuniyyəti, uşaqlarımı böyütmüşəm. Hamısını oxutdurmuşam. Bəs bunlar ailə sayılmır? Övladlarım hərəsi öz həyatını yaşayır. Həyat yoldaşım da mənimlə eyni vaxtda çıxıb, eyni vaxtda qayıdır. İkimizdə iş adamlarıyıq. yaxşı olar ki , o evdə otursun onun gününü qara əsgiyə düyüm, yoxsa hərəmiz öz işimizlə məşğul olaq? Hansı daha yaxşıdır Yusif?".

Aparıcının "Mən azərbaycan qadınının belə ailə başçısı olmasını normal qəbul etmirəm", deyərək ağzını büzməsi aktrisanı özündən çıxarıb: "Nahaq yerə siz belə reaskiya verirsiniz. İlin 12 ayını mən belə yaşamıram axı? Çəkilişlərim olur, bu da təbiidir. Nəyə görə, siz qısqanan, ərini gecə-gündüz "hardasan", "neynirsən" kimi suallarla bezdirib bozbaşını bişirən qadınlara ağzını büzmürsünüz, mənə büzürsünüz?". /// big.az

Ətraflı videoda:


videoblok.com/embed/29330"