backend

Qaradağ - İnkişaf göz önündədir

Qaradağ - İnkişaf göz önündədir












Hökumətin prioritet sahəsi olan sosial-iqtisadi inkişafı Qaradağdan da yan keçməyib. Burada aparılan quruculub abadlıq işləri, yeni-yeni iş yerlərinin açılması, yolların yaxşılaşdırılması buna bariz nümunədir.

Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayan həddə yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Bildirək ki, sürətli inkişaf yolunda olan rayonlardan biri də Qaradağdır. Hazırda şəhərə rəhbərlik edən icra başçısı Süleyman Mikayılovun Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır. Qeyd edək ki, Süleyman Mikayılovun Qaradağa icra başçısı təyin edilməsindən bir neçə il vaxt keçib. Hələ başqa sahələrdə işləyərkən cənab Mikayılov bir sıra uğurlara imza atmış, bir xeyli işlər görmüşdü. Cənab Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq onu Qaradağa icra başçısı təyin etmiş və böyük etimad göstərmişdi.

Hazırda Süleyman Mikayılovun gərgin əməyi və zəhməti sayəsində Qaradağ sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Qaradağ rayon İcra Hakimiyyəti Başçısı bu rayona başçı təyin olunduğu vaxtdan bəri, burada əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır.

Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.

Bu gün Qaradağda aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları təyin olunmuş icra başçısı tərəfindən uğurla yerinə yetirilir. Yerli imkanlar da dövriyyəyə gətirilmiş, ümumi inkişafın miqyası genişlənmiş, sürəti bir az da artmışdır.

Onu da qeyd edək ki, Qaradağ rayonunda uğurlu inkişaf bir sıra xarici sərmayədarların regiona marağını daha da artırıb.

P.S. Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi bunları görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar.