backend

Şirvanşahlar sarayı bu gün

Şirvanşahlar sarayı bu gün

Kompleks UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.

Şirvanşahlar sarayı Azərbaycan memarlığının Şirvan-Abşeron qolunun ən iri abidələrindəndir.

XV əsrdə ən güclü qala və Xəzər dənizində əsas limanlardan olan Bakının iqtisadi və siyasi rolunun artması nəticəsində Şirvanşah Halilullah Şirvanşahların mərkəzini Şamaxıdan Bakıya köçürdü. Səbail qalasının batması nəticəsində yeni sarayın tikintisi daha təhlükəsiz bir yerdə Bakı təpəsində başlandı.

Saray ansamblı vahid memarlıq planı üzrə tikilməyib və üç səviyyəli relyefə uyğun olan bir sıra tikililərdən ibarətdir: Sarayın əsas binası (1420-ci il), Divanxana (1450-ci il), sərdabə-türbə (1435-ci il), minarəli şah məscidi (1441), Seyid Yəhya Bakuvi muzeyi (1450-ci ildə) və Keyqubad məscidi.

Saray tikililərinə şərq tərəfdən keçid – Murad darvazası (1585), ovdan və hamamın qalıqları aiddir. Bəzi məlumatlara görə, binadan şimali-qərbdə əvvəllər şah tövlələri yerləşirdi, amma hal-hazırda bu ərazidə yaşayış binaları yerləşir.

Divanxanadan şimalda yaşayış evlərinin birindən qədim divarların təməli görünür, onlar sarayın təməlinə bənzərdir. Görünüşə baxılırsa bu saraya aid tikililərin təməlidir.

1964-cü ildə kompleks muzey-qoruq adını alaraq, dövlət mühafizəsi altına alındı.

2000-ci ildə unikal memarlıq və mədəniyyət kompleksi, əhatə edildiyi qala divarları və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edildi.

Şirvanşahlar sarayı bu gün də Azərbaycan memarlığının incisi hesab edilir.