backend

Qazaxın polis rəisi “İlin nümunəvi dövlət məmuru” seçildi

Qazaxın polis rəisi “İlin nümunəvi dövlət məmuru” seçildi

Bakı A.Ramazanqızı - qaynarxett.az. Qazax rayon Polis Şöbəsinin rəisi İsmayılov Zöhrab Salman oğlu Qazaxda keçirilən sorğuda “İlin nümunəvi dövlət məmuru” seçilib. Bu barədə qaynarxett.az-ya sorğunu keçirən Azərbaycan İnformasiya Agentliyi (Azərinform) və Respublika İnformasiya Mərkəzinin rəhbəri Ədalət Nəbibəyli bildirib. O, əslən Qazaxdan olan insanlar arasında keçirilən sorğuda bir neçə nominasiya üzrə qaliblərin müəyyənləşdirildiyini vurğulayıb: “Qazax sakinləri rayon Polis Şöbəsinin rəisi Zöhrab İsmayılovu nümunəvi xidmətinə və vətəndaşlıq mövqeyinə görə “İlin nümunəvi dövlət məmuru” nominasiyasının qalibi ediblər”.

Ə.Nəbibəyli bu günlərdə polis şöbəsinin rəisinə suvenir və diplom hədiyyə ediləcəyini bildirib.