backend

"Jurnalist qələminə hörmət etməlidir, ağı-ağ, qaranı-qara yazmalıdır" - TƏKZİB

"Jurnalist qələminə hörmət etməlidir, ağı-ağ, qaranı-qara yazmalıdır" - TƏKZİB
"Jurnalist qələminə hörmət etməlidir, ağı-ağ, qaranı-qara yazmalıdır"

Bir neçə saytda Laçın rayonun 552 saylı MİS-nin müdiri Əlzamin Abbasov barədə tənqidi yazı dərc olunmuşdur. Tənqidi yazıda Əlzamin Abbasovun müəyyən maxinasiyalar edərək özünə böyük sərvət toplamasından, dövlətə aid texnikanı- "MAZ" markalı yük maşınını şəxsi təsərrüfatında işlətməsindən bəhs olunur. Həmcinin göst\rilirdi ki,qəsəbədə zibil qutularının yerində quyu qazdıran müdir bununla həm də antisanitariya vəziyyəti yaratmış olur. Vurğulanır ki, Əlzamin Abbasov kimi bir sıra məmurlar Laçın RİH-nin başçısı hörmətli Aqil Nəzərlinin etimadından sui-istifadə edirlər. Qəsəbələrə səfər edərkən RİH-nin başçısının gedəcəyi küçələr əvvəlcədən təmizlənir, küçələrin kənarına yeni rənglənmiş zibil qutuları qoyulur.

Laçın rayonun 552 saylı MİS-nin müdiri Əlzamin Abbasov Qaynarxett.az-a bu barədə ətraflı məlumat verib: "Müəyyən saytlarda rəhbəri olduğum 552 sayli MİS-in fəaliyyəti barədə tənqidi material dərc olunub. Bildirmək istəyirəm ki, tənqidi məqalədə göstərilən faktlar tamamilə uydurma, şər və böhtandandır. İnformasiya verən mənbə göstərilmədiyi halda saytlar qərəzli mövqe tutaraq bizim uğurlu fəaliyyətimizə kölgə salır. Əvvəla qeyd edim ki, Lacın rayon İcra Hakimiyyətinin, xüsusilə İH Başcısı cənab Aqil Nəzərlinin diqqət və qaygısını həmişə üzərimizdə hiss edirik. Biz rayonda kecirilən tədbirlərdə yaxından iştirak etməklə adımız həmişə qabaqcəl idarələr sırasında cəkilir. Yazıda qeyd olunur ki, qəsəbələrə səfər edərkən RİH-nin başçısının gedəcəyi küçələr əvvəlcədən təmizlənir, küçələrin kənarına yeni rənglənmiş zibil qutuları qoyulur. Bu qədər yalan olar? Bir daha qeyd edirəm ki, məqalədə göstərilən faktlar tamamilə əsassızdır, kimlərinsə sifarisi ilə yazılıb. Araşdırma aparmadan qərəzli mövqe tutaraq fəaliyyətimizə kölgə salacaq yazılar dərc etmək jurnalıst peşəsinə yaraşmır. Jurnalist qələminə hörmət etməlidir, ağı-ağ, qaranı-qara yazmalıdır."