backend

Ruhani İrəvana gedir

Bu barədə İranın Ermənistandakı səfiri açıqlama verib


Ruhani İrəvana gedir

İran prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi açıqlamasında deyib.

O, qeyd edib ki, İran prezidenti Həsən Ruhaninin Ermənistan səfəri 2015-ci ilin yazına qədər baş tuta bilər.

"Prezidentin səfərinin təşkili üzərində ardıcıl iş aparılır. Onun iş qrafiklərinin ağırlığına görə bu səfər asanlıqla baş tutmur. Prezidentin işgüzar səfəri mütləq baş tutacaq. Martın 20-nə qədər onun səfəri baş tuta bilər".