backend

Təmirə dayanmış körpü açıldı

Təmirə dayanmış körpü açıldı























Körpünün üzərinə yeni asfalt örtüyü salınıb.

Ələt-Astara magistralının Lənkəran rayonunun Qumbaşı kəndindən keçən körpü sentyabrın 19-dan fəaliyyətini bərpa edib.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, “Körpü-Bina” Tikinti Şirkətinin ağır texnikalarının və 60-ə yaxın canlı qüvvəsinın səyləri ilə körpünün sütünlarında təmir-bərkitmə işləri görülüb, üzərlərinə yeni dəmir-beton tirlər bərkidilib. Körpünün üzərinə yeni asfalt örtüyü salınıb və nəqliyyat vasitələrinin körpüdən keçməklə mənzil başına rahat çatmaları üçün lazımi şərait yaradılıb.

Qeyd edək ki, sonuncu dəfə 1955-ci ildə əsaslı təmir olunan Qumbaşı körpüsünün dayaq və tavan hissələrində yaranan qəza vəziyyəti onun yenidən təmir olunmasına səbəb olub. Körpünün qəza vəziyyətinə düşməsinin digər bir səbəbi isə iri tonajlı ağır yük maşınlarının intensiv olaraq onun üstündən keçməsidir. Sentyabrın 12-dən sözü gedən yolla nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb və maşınlar alternativ yol kimi bu müddət ərzində Lənkəran-Boradigah və Boradigah-Masallı şosesindən istifadə ediblər.