backend

Sumqayıtda qeyri-adi adam - VİDEO

Sumqayıtda qeyri-adi adam - VİDEO






















O, bədənində qeyri-adi qüvvələrin olduğunu iddia edir.

Sumqayıtda çimərlikdə foto-reportaj edən reportyor gördüklərindən sonra rahatlığın nə olduğunu unudub. Belə ki, şəklini çəkdiyi şəxsə yaxınlaşarkən hədə-qorxu ilə üzləşib.

qaynarxett.az xəbər verir ki, ANS TV-nin məlumatına görə, Sumqayıtda dəniz kənarında oturarkən onun şəklini çəkən şəxsə qarşı hədə-qorxu gələn Ağa Məmmədov adlı vətəndaş ötən gün “Adam içində” verilişinin qonağı olub.

O, foto-reportyoru həyatdan köçən bir neçə məşhur şəxsi təqlid edərək qorxutduğunu etiraf edib və bu kimi halların özündən asılı olmadan baş verdiyini deyib.

10 ildən çoxdur ki, özündə qeyri-adi halların baş verdiyini müşahidə edən bu şəxs, hətta şəkildəki ruha bənzər görüntünün də ondan qaynaqlandığını iddia edir.

Ağa şeir yazdığını, hətta musiqi belə bəstələdiyini bildirib. Verdiyi müsahibəsinin “İç xəbər” verilişində efirə gedəcəyini öyrənincə isə bədahətən şeir deməyə başlayıb.