backend

Yeddi rayonda qaz olmayacaq

Yeddi rayonda qaz olmayacaq






















Təmir-quraşdırma işləri aparılır.

Sentyabrın 30-da respublikanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

qaynarxett.az AzərTac-a istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 14-dən 16-dək Quba, saat 15-dən 17-dək Xəzər, saat 18-dək Sabunçu, Ağstafa və Tovuz, işlər başa çatanadək isə Oğuz və Qobustan rayonlarının bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.