backend

Bakıda kişi keçmiş arvadının evində sürprizlə qarşılaşdı

Bakıda kişi keçmiş arvadının evində sürprizlə qarşılaşdı






















Polis araşdırmaya başladı.

Bu gecə saat 1 radələrində Bakının Nəsimi rayonunda kişi keçmiş həyat yoldaşının evində bıçaqlanıb.

qaynarxett.az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Letisin döngəsində baş verib.

Belə ki, 31 yaşlı Aftandil Əmrah oğlu Şükürov keçmiş həyat yoldaşının mənzilinə gedib. Orada tanımadığı bir kişi ilə rastlaşıb. Yaranan anlaşılmazlıq nəticəsində Aftandil Şükürov bıçaqlanıb.

Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.

Faktla bağlı araşdırma aparılır.