backend

Ukraynadakı seçkilərdə cəbhəçilər qalib gələcək?

Ukraynadakı seçkilərdə cəbhəçilər qalib gələcək?






















Bu gün Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir. 450 yerlik Ali Radanın yarısı proporsional, yarısı isə majoritar qaydada seçiləcək.

Yanvar ayından indiyədək hadisələrin cərəyan etdiyi Ukraynanın şərqindəki 15 bölgəsində seçki keçirilməyəcək.

Yaranmış vəziyyətlə əlaqədar Donetsk vilayətindəki 21 dairədən 9-da və Luqansk vilayətindəki 11 dairədən 6-da seçkilər baş tutmayacaq. Bu isə 4 milyondan artıq seçicinin seçkidə iştirak edə bilməməsi deməkdir.

Məlumatlara görə, 29 siyasi partiyanın iştirak edəcəyi seçkilərdə “Petro Poroşenko Bloku”, Baş nazir Arseniy Yaçenyukun başçılıq etdiyi, Məclis başçısı Aleksandr Turçinov, Daxili İşlər naziri Arsen Avakov və şərqdəki silahlı qarşıdurmalarda iştirak edən xeyli sayda hərbi komandirin millət vəkili namizədi olduğu Xalq Cəbhəsi Partiyasının da seçkilərdə qalib gəlməsi gözlənilir. Seçkinin nəticələri oktyabrın 29-30-da açıqlanacaq.