backend

Yeniyetmə azərbaycanlı Saratovda polisi iki dəfə vurdu - VİDEO

Yeniyetmə azərbaycanlı Saratovda polisi iki dəfə vurdu - VİDEO






















Sürücü vəsiqəsi olmasa da sükan arxasına birinci dəfə oturmurdu.

İnsident Saratovun Bolşaya Qornaya küçəsində baş verib. YPX-nin 34 yaşlı leytenantı park edilmiş avtomobilə yaxınlaşıb, sükan arxasında 17 yaşlı Seymur R. əyləşmişdi.

qaynarxett.az LifeNews-a istinadən xəbər verir ki, polis gəncdən sənədləri təqdim etməyi xahiş edib, o isə cavabında avtomobili geri verərək asayiş keşikçisini vurub.

“Volkswagen-Polo” avtomobili piyada keçidində, yol qaydalarına zidd olaraq dayanmışdı, bununla əlaqədar DYHTİ əməkdaşı ona yaxınlaşaraq sənədləri təqdim etməsini xahiş edib. Sürücü indi onları təqdim edəcəyini deyib. İnspektor avtomobilin arxasına keçib, bu an “Volkswagen-Polo” geriyə hərəkət etməyə başlayıb və inspektoru vurub. DYHTİ əməkdaşı ön qapıya yaxınlaşdıqda isə ikinci dəfə vurulub”, - DYHTİ təbliğat şöbəsinin rəisi Yuri Suxorukov bildirib.

Travmalara baxmayaraq, asayiş keşikçisi qanunu pozanı təqib etməyə başlayıb. Təqibdən gizlənməyə çalışan Seymur R. yeni qəza törədib – o, digər avtomobillə toqquşub. Yeniyetmə etiraf edib ki, sürücülük vəsiqəsi olmasa da sükan arxasında ilk dəfə oturmurdu.

“Mən daim sükan arxasındayam, mənim qardaşım var, mən ona çox oxşayıram. Mən adətən obun sürücülük vəsiqəsindən istifadə edirəm”, - qaydanı pozan danışıb.

Zərərçəkən polis əməkdaşını 2 saylı şəhər poliklinikasına gətiriblər, onun qabırğasının sınmasından şübhələnirlər.

Fakt üzrə araşdırma aparılır.