backend

Rövnəq Abdullayev çökmüş estakada haqqında danışdı

Rövnəq Abdullayev çökmüş estakada haqqında danışdı





















“SOCAR müntəzəm olaraq köhnə və yeni estakadaların demontajı və rekonstruksiyası üzrə işlər aparır”.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dəniz yataqlarında estakadaların texniki vəziyyətinə nəzarəti sərtləşdirib. Bu barədə “Neft daşları” dəniz yatağında ilk neftin çıxarılmasının 65 illik yubileyinə həsr edilmiş tədbir zamanı SOCAR rəhbəri Rövnəq Abdullayev bildirib, şirkətin mətbuat xidməti xəbər verib.

Onun sözlərinə görə, dünən estakadanın çökməsindən sonra, estakadaların texniki vəziyyətinə nəzarət gücləndirilməlidir.

“İstismara müvafiq olmayan kiçik bir səbəb olduqda belə istifadə dayandırılmalıdır, və yalnız təmir və ya rekonstruksiya üzrə lazımi işlər yerinə yetirildikdən sonra yenidən istismara icazə verilməlidir”, - R.Abdullayev qeyd edib.

Onun sözlərinə görə, SOCAR müntəzəm olaraq köhnə və yeni estakadaların demontajı və rekonstruksiyası üzrə işlər aparır. “Neft daşları” yatağında 6000 metr uzunluqda köhnə estakadaların rekonstruksiyası, yeni estakadaların tikilməsi işləri həyata keçirilib. Bu il yataqda rekonstruksiya edilən və tikilən estakadaların uzunluğu 3000 metr olacaq.