backend

Bakının mərkəzində təcili yardım maşını aşdı - FOTO

Bakının mərkəzində təcili yardım maşını aşdı - FOTO






















Klinikanın həkimlərindən biri Sumqayıtda yol qəzasına uğrayıb.

Bakıda özəl klinikalardan birinin təcili yardım maşını qəzaya uğrayıb.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində qeydə alınıb. Azadlıq prospekti ilə kəsişmədə təcili yardım avtomobili “KİA” markalı minik maşını ilə toqquşub və aşıb.

Avtomobilin sürücüsü Ramiz İbrahimovun verdiyi məlumata görə, klinikanın həkimlərindən biri Sumqayıtda yol qəzasına uğrayıb və beyin xəsarəti alıb. Onu Bakıya gətirmək üçün tələsən təcili yardım avtomobili sayrışan işıqlarla və mikrofonla xəbərdarlıq edərək, yol kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirib. İşıqforun yaşıl işığında keçən “KİA” markalı avtomobil təcili yardım maşınına çırpılıb və ambulans aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bakının mərkəzində təcili yardım maşını aşdı - FOTO

Bakının mərkəzində təcili yardım maşını aşdı - FOTO