backend

Bakıda “Baxçasaray” adı altında fahişəxana

Bakıda “Baxçasaray”  adı altında fahişəxana














Bu gün dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da HİV virusuna yoluxanların sayında artım müşahidə olunur. Məsələ burasındadır ki, qloballaşan dünyanın bir hissəsi olan Azərbaycan da istər-istəməz onun mənfi və müsbət yenilikləri, dəyişiklikləri ilə yüklənir və bu belə də olmalıdır. Söylənilənlərə misal olaraq, narkomaniyanın, yoluxucu xəstəliklərin, əxlaqsızlığın, epidemiyaların artmasını göstərmək olar

Respublikamızla qonşu dövlətlərin, habelə uzaq ölkələrin qəbul edilən və edilməyən yenilikləri bir müddət sonra Azərbaycana da transfer edilir. Yəqin ki, söhbətin nədən getdiyini anladınız. Bəli, fakt faktlığında qalır - ölkəmizdə əxlaqsızlıq hallarının sayı ildən-ilə artmaqdadır.Buna yüngül həyat tərzi keçirən qadınların miqyasının çoxalmasını misal göstərmək olar. Maraqlıdır, bəs əxlaqsızlığın sayının artmasının başlıca kökü nədədir? Şübhəsiz ki, buna rəvac verən əxlaqsızlıq yuvalarının kəmiyyətinin artımında. Ölkəmizin paytaxtı Bakı şəhərində, habelə respublikamızın digər şəhər və rayonlarında istirahət mərkəzləri üçün nəzərdə tutulan mehmanxanaların, otellərin, kafe və restoranların, motellərin başqa profillə fəaliyyət göstərmələri yuxarıda sadaladığımız problemlərin daha da genişlənməsinə rəvac verir.Nəzərinizə çatdıraq ki, bu cür "yuva"lara daha çox Bakının mərkəzi hissələrində tez-tez rast gəlinir.

Mehdiabad qəsəbəsində yerləşən “Baxçasaray” restoranında da otel adı altında əxlaqsızlıq yuvasi təşkil olunur ki, bu “otel”də də 20-ə yaxın otaq müştərilərin xidmətinə verilir. Həmçinin ehtiyac olarsa, ofisiantlar müştərilərə qız da “gətizdirə” bilir. Qeyd edək ki, bu obyekti Mirabbas deyilən şəxs idarə edir.
Sözügedən obyektdə əsasən imkanlı şəxslər istifadə edirlər. Burada cinsi istismara məruz qalanlar əsasən 18-25 yaş arası qızlardır: Maraqlıdır ki, nədənsə aidiyyəti qurumlar bu məsələyə biganə yanaşırlar. Elə bu səbəbdən də sözügedən “istirahət mərkəzi”nin rəhbərliyi barədə sərt tədbirlər görülmür. Əksinə, həmin əxlaqsızlıq yuvası açıq-aşkar və çox arxayın şəkildə öz biznesini həyata keçirir.

Qeyd edək ki, bu əxlaqsızlıq yuvası barədə dəfələrlə mətbuatda yazılanlara rəğmən hələ də hüquq-mühafizə orqanları bu əxlaqsızlıq yuvası barədə ölçü götürmür. Görünür “Baxçasaray” yüksək çinli məmur tərəfindən himayə olunur. Biz həmin məmurun kimliyi barədə müyyən bilgilərə malikik. Lakin bəzi məqamları dəqiqləşdirdikdən sonra həmin şəxs barədə geniş məlumat verəcəyik.

Etibarlığına şübhə etmədiyimiz mənbənin qaynarxett.az – ya verdiyi çox ciddi məlumatlar var. Həmin məlumatlarda “Baxçasaray” rəhbərliyinin hər ay kimlərə nə qədər pul verdikləri və digər maraqlı məqamlar öz əksini tapıb. Yaxın günlərdə həmin siyahını sizlərə təqdim edəcəyik. Hələlik bəzi əxlaqsızlıq yuvalarının siyahisini təqdim edirik. Hesab edirik ki, bu dəfə hüquq-mühafizə orqanları hərəkətə keçəcək.

“Dalğa”
Ailəvi istirahət mərkəzi – məlumata görə, sözügedən bu obyekt Xətai rayon ərazisində, Babək prospektində yerləşir. Burada təxminən 38-40 otaq var. Burada da xidmətçilərin azyaşlı qızlar olduğu bildirilir. Ən əsası isə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən bu obyekt qəbiristanlğın bir addımlığında yerləşir. Buraya gələnlər isə hər şeyi açıq-aşkar görə bilirlər. Obyekt sahibi heç kimdən çəkinmədiyini bildirir.

“Ağ otel”
Bu obyekt isə Xırdalan şəhəri ərazisində yerləşir. Hətta bir neçə dəfə bu obyektdə böyük dava, hətta biçaqlanma hadisəsi belə baş verib. Bu otelde isə 70-80-a yaxın otaq fəaliyyət göstərir.

“Grand”
Binəqədi rayon 8-ci mkr da fəaliyyət göstərən bu obyekt isə adını bilib, amma hələ ki açıqlamadığımız yüksək vəzifəli məmurdan birinə məxsusdur. Obyektdə baş verənlərə polis belə müdaxilə edə bilmir. Və adının açıqlanmasını istəməyən polis əməkdaşı bildirir ki, burada izahagəlməz hallar yaşanır. Sadalanan əxlaqsız yuvalar arasında ən baha qiymətə otaqlar verən və prestijlisi elə “Grand” sayılır. Aldığımız məlumata görə burda müştərilərin istəyi ilə hətta Gürcüstandan saxta kimliklə erməni fahişələri sifarişlə gətirilir. Hələlik bu informasiya tam təstiq olmasa da ciddi araşdırılmalıdır. Hətda bu əxlaqsızlıq yuvasına Binəqədi polisinin müdaxilə etməsi belə qeyri-mümkündür.

P.S.
İnanırıq ki, bu yazıya hüquq-mühafizə orqanları münasibət bildirməklə yanaşı, sözügedən və əxlaqsızlıq yuvaları kimi hallandırılan obyektlərin fəaliyyətləri barədə qanuni ölçü götürəcəklər.


V. Elturan