backend

Paytaxtda “avtoritet” əvvəl dostunu, sonra özünü bıçaqladı

Paytaxtda “avtoritet” əvvəl dostunu, sonra özünü bıçaqladı























Faktla əlaqədar araşdırma aparılır

Bakının Nəsimi rayonunda iki dostun mübahisəsi qanlı sonluqla nəticələnib.

qaynarxett.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə 1-ci mikrorayonda, Moskva prospektində qeydə alınıb.

Binəqədi rayon sakini, 26 yaşlı Röyal Abdullayev Qobustan qəsəbə sakini 21 yaşlı Gürzad Nəbiyev və daha bir tanışı ilə prospektdə yerləşən kafelərin birində yeyib-içiblər. İçki məclisi zamanı dostlar arasında mübahisə düşüb. G.Nəbiyev üzərində olan bıçaqla R.Abdullayevi vurub. Yaralı təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Az sonra Gürzad Nəbiyev də bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Həkimlər Gürzad Nəbiyevin adını soruşanda o, özünü həkimlərə “kriminal avtoritet” kimi təqdim edib. Məlum olub ki, Gürzad dostunu bıçaqlayandan sonra nə etdiyini başa düşərək özünə xəsarət yetirib.

Faktla əlaqədar araşdırma aparılır.