backend

Bakıda keçmiş hərbçi qalstuku ilə özünü asdı

Bakıda keçmiş hərbçi qalstuku ilə özünü asdı






























Qarayev kirayədə qalırdı.

Bakının Səbail rayonunda intihar hadisəsi baş verib.

qaynarxett.az xəbər verir ki, Vesti.Az-a bu barədə Səbail rayon Polis İdarəsindən bildiriblər.

Məlum olub ki, dekabrın 25-də 15:35 radələrində Buktinski küçəsində yerləşən 107 nömrəli evdə Qusar rayon sakini 1990-cı il təvəllüdlü Qarayev Mais Qusar oğlu özünü asaraq intihar edib. Xəbər verilib ki, gənc adam özünü çıxış qapısından qalstuku ilə asıb.

Qarayev burada 1958-ci il təvəllüdlü Bakı sakini Teymur Qəribovun evində kirayə qalırdı.
Qarayev Azərbaycanın Hərbi Dəniz Qüvvələrində çalışırdı.

İntiharın səbəbi hələ dəqiq məlum deyil. Bu istiqamətdə Səbail rayon Prokurorluğu iş aparır. Amma ilkin məlumata görə, gəncin banklardan birinə böyük məbləğdə borcu olub.

Məlumdur ki, Qarayev meyiti tapılandan iki gün əvvəl intihar edib.