backend

Ermənistanda altı nəfərlik ailə qətlə yetirildi - YENİLƏNİB

Ermənistanda altı nəfərlik ailə qətlə yetirildi - YENİLƏNİB



















Şübhəli şəxs Ermənistan-Türkiyə sərhəddində saxlanıldı

Rusiya sərhədçiləri Ermənistanda kütləvi qətldə şübhəli bilinən hərbçi Valeri Permyakovu Ermənistan-Türkiyə sərhəddində saxlayıb.

Qeyd olunur ki, Permyakov Şirak vilayətinin Bayandur kəndinin sərhədi istiqaməti üzrə hərəkət edib.

Hazırda şübhəli şəxs dindirilir.

Öncə məlum olub ki, Rusiyanın Müdafiə Nazirliyi altı nəfərin qətli ilə bağlı araşdırmaların aparılması üçün Gümrüyə xüsusi komissiya göndərib.

12 yanvar

Ermənistan prezidenti Serj Sarkisyan Gümrüdə törədilmiş qətllə bağlı hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə təcili müşavirə keçirib.

Müşavirədə qeyd olunub ki, Rusiya hərbi bazasının rəhbərliyi hüquq-mühafizə orqanları ilə hərtərəfli əməkdaşlıq edir və istintaqın gedişinə kömək göstərir.

Yerli KİV-in məlumatına görə, hazırda cinayətkarın axtarışı ilə bağlı görülən bütün lazımi tədbirlər prezidentin birbaşa nəzarəti altındadır.

16:00

Ermənistan polisi bütün ailəni qətlə yetirməkdə şübhəli bilinən Rusiya hərbi bazasının hərbçisi Valeri Permyakovu axtarışa verib.

Polisin mətbuat xidmətinin yerli mətbuata verdiyi məlumata görə, şübhəli şəxs bazada müddətli hərbi xidmət keçib.

Məlumata əsasən, Valeri Permyakov dekabrın 3-də Gümrüyə hərbi xidmətə göndərilib. O, orduda yarım il xidmət edib. Rusiya Silahlı Qüvvələrinə çağırışa qədər o, hüquq-mühafizə orqanlarının nəzarəti altında olub. Onun qardaşı qətlə görə həbs olunub.

15:16

Bu gün səhər Ermənistanın Gümrü şəhərində altı nəfərdən ibarət ailə qətlə yetirilib.

qaynarxett.az-ın məlumatına görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin nümayəndəsi RİA-Novosti-yə məlumat verib.

Məlumata əsasən, ailə avtomatlardan güllələnib. Öldürülənlər arasında iki yaşlı uşaq da var.

Şirak vilayətinin prokuroru Raffi Aslanyan bildirib ki, hadisənin təfərrütları hələ məlum deyil. “Hazırda mən hadisə yerinə yollanıram, digər təfərrüatlar yoxdur. Yalnız onu bilirəm ki, ilkin məlumatlara əsasən altı nəfər öldürülüb”, o deyib.

Ermənistan KİV-i iddia edir ki, atəş açan şəxs Rusiyanın Ermənistandakı 102-ci hərbi hissənin hərbçisi ola bilər. Aslanyan bununla bağlı deyib ki, bu cür versiya var. “Bu versiyanı nəzərdən keçiririk. Hazırda hadisə üzrə araşdırmalar aparılır”, - o əlavə edib.