backend

Azərbaycanın ən çirkli şəhərləri – SİYAHI

Azərbaycanın ən çirkli şəhərləri – SİYAHI






















Şəki, Naxçıvan və Lənkəranda vəziyyət yaxşıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində aparılır.

qaynarxett.az xəbər verir ki, Departamentdən AzərTAc-a verilən məlumata görə, bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə ötən il 93 297 nümunə üzərində 18 adda çirkləndirici üzrə 94 853 analiz aparılıb.

Bakıda əsas çirkləndiricilərdən toz və formaldehidin orta aylıq qatılığı 2,0 dəfə, azot 4-oksidin 1,5 dəfə, hidrogen flüoridin isə 1,8 dəfə yol verilən qatılıq həddinin keçdiyi qeydə alınıb. Sumqayıtda isə azot 4-oksidin orta aylıq qatılığı 2,25 dəfə, xlorun 2,7 dəfə, hidrogen flüoridin isə 2,2 dəfə yol verilən qatılıq həddini keçdiyi müəyyən edilib.

Mingəçevirdə atmosfer havasının tərkibindəki tozun orta aylıq qatılığı 1,3 dəfə, fenolun 1,7 dəfə, Gəncədə hidrogen flüoridin orta aylıq qatılığı 1,2 dəfə, Şirvanda azot 4-oksidin orta aylıq qatılığı 1,5 dəfə normanı keçib.

Şəki, Naxçıvan və Lənkəranda atmosfer havasının çirklənməsi norma daxilində olub.