backend

Doğma anasını öldürən şəxs həbs olundu

Doğma anasını öldürən şəxs həbs olundu






















Polis əməliyyat keçirib

Şəmkirdə anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs 5 ay sonra Bakıda saxlanılıb.

qaynarxett.az-nun Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, keçən il avqust ayında Şəmkirdə anası Laləzar Əliyevanı qətlə yetirən İbrahim Pənahlı tutulub.

O, Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən axtarışda olub.

Araşdırmalar davam etdirilir.