backend

Politoloq: Azərbaycanı ittiham edən öncə özünə baxsın – MÜSAHİBƏ

Politoloq: Azərbaycanı ittiham edən öncə özünə baxsın – MÜSAHİBƏ






















“Ölkəni təmsil edən diplomat belə emosional çıxış etməməlidir”

qaynarxett.az xəbər verir ki, oxu.az-ın suallarına müstəqil ekspert Rövşən İbrahimov cavab verir.

- Ukraynanın Azərbaycandakı səfiri A.Mişenkonun ATƏT-də səsvermə zamanı Rusiyanı dəstəklədiyi üçün az qala Bakını onun ölkəsinə xəyanətdə ittiham edən kəskin bəyanatına dair sizin fikrinizi bilmək istərdim.

- Bir tərəfdən onun mövqeyini başa düşmək olar, çünki hal-hazırda onun vətənində vəziyyət ağırdır. Bu mənada onun diplomatik olmayan emosional çıxışı aydındır. Amma burada məsələyə tam kontekstdə baxmaq lazımdır. Hal-hazırda Ukrayna Azərbaycanın uzun illər olduğu vəziyyətdədir. Ukraynalılara bir neçə il bundan öncə Ukraynanın Ermənistana bizim narazıçılığımıza səbəb olan silah satışına diqqət etmələrini məsləhət görərdim.

Vəziyyəti ümumilikdə götürdükdə isə, onlar Azərbaycanın hər zaman nümayiş etdirdiyi Ukraynanın ərazi bütövlüyünü tam olaraq tanıyan mövqeyindən razı qalmalıdırlar. Bundan başqa bu mövqeyi yalnız ikitərəfli səviyyədə deyil, eləcə də çoxtərəfli platformada, o cümlədən BMT-də ifadə edirik.

Bu anlamda səfir belə emosional reaksiya verərkən nə gözlədiyi aydın deyil. O, Azərbaycan tərəfinin hisslərinə toxunmadan tutduğu vəzifəyə uyğun daha təmkinli davransaydı yaxşı olardı.

- Həm də Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdən imtina etmədiyini, sadəcə ATƏT-də Rusiya nümayəndə heyətinə dair sanksiyalara qarşı çıxış etdiyini aydın şəkildə bildirmişdi. Amma elə bir təəssürat yaranır ki, sanki Ukrayna səfiri bu iki davranış arasında bərabərlik işarəsini qoyur.

- İki anı tamamən qarışdırmaq və birləşdirmək olmaz. Onun elədiyi diplomatik etik qaydaların çərçivəsindən çıxır. Əgər Azərbaycan ictimaiyyətinin və hakimiyyətinin Ukraynadakı vəziyyətə və Ukraynada Qarabağdakı vəziyyətə olan münasibəti müqayisə etsək paritet müşahidə olunmur. Azərbaycanı ittiham edən öncə özünə baxsın. Azərbaycanın uzun illər boyu Ukraynaya münasibətinə baxmaq lazımdır. Ukrayna üçün ən ağır zamanlarda Azərbaycanın ona dəstəyini xatırlamaq lazımdır. Eləcə də bu yaxınlarda Ukrayna jurnalistlərinin qanunsuz şəkildə Azərbaycan torpaqlarına gəlməsi və oradan reportaj hazırlamasını xatırlamaq lazımdır.

Əgər Azərbaycanı ATƏT-də səsverməyə görə qınayırlarsa, bu, yumşaq desək, ədalətsizdir. Təkrar edirəm - səfirin davranışı heç də diplomatik davranış deyil və onun nəyə nail olmaq istədiyi bəlli deyil. Əgər o, Azərbaycan və Rusiya arasında konfrontasiya gözləyirsə, açıq şəkildə demək lazımdır ki, bu baş verməyəcək.

- Bəs Azərbaycan və bəzi ölkələr ilə məhz Ukraynadakı vəziyyətə bəslədiyi münasibətə görə əlaqələrini quran Amerika ilə belə konfrontasiya mümkündürmü?

- Bizim Amerika ilə münasibətlərimizi bu ölkənin milli maraqları prizmasından nəzərdən keçirmək lazım deyil. Amerikada hal-hazırda baş verən müdaxilədə maraqlı olan qruplar az deyil. Bu çətin ki, ABŞ maraqları əsasında qurulan münasibətlərdir. Hətta bəzən bu qruplara aid olan fərdlər Avrasiya məkanı, əsasən də postsovet məkanı barədə nə biliyə, nə də informasiyaya sahib olmurlar.

- Ukrayna səfirinin bəyanatı Bakı və Kiyev arasında münasibətin pisləşməsi deməkdirmi?

- Xeyr, mən belə düşünmürəm. Ölkəni təmsil edən diplomat belə emosional çıxış etməməlidir. İnanmaq istəyirəm ki, bu, Ukraynanın rəsmi mövqeyi yox, sadəcə onun şəxsi fikridir. Həm də prezident Poroşenkonun Azərbaycana səfər etmə niyyəti barədə informasiyanın yayıldığı dövrdə.