backend

Tərtərdə məhbusu döyüb öldürdülər,polis şöbəsinə hücum oldu, polislər döyüldü - Fotolar (Yenilənib)

Tərtərdə məhbusu döyüb öldürdülər,polis şöbəsinə hücum oldu, polislər döyüldü - Fotolar (Yenilənib)




















Tərtərdə gərginlik və qarşıdurmanın baş verməsinə səbəb olan hadisələrin bəzi təfərrüatları bəlli olub

ANS TV-nin məlumatına görə, əslən Ağdam rayonundan olan Səbuhi Dünyamalıyev yanvarın 12-də Tərtər polisi tərəfindən saxlanılıb. Yaxınları bu gün Səbuhinin ölüm xəbərini alıb. Onun ölümündə polisi günahlandıran qohumları buna etiraz olaraq Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) qarşısına toplaşıb.
“Xəbər gəldi ki, özünü asıb. Bunun nadzoru hara baxırdı? KPZ-nin rəisi hara baxırdı? Rayonun rəisi hara baxırdı?” -

Tərtər Rayon Prokurorluğundan əldə etdiyimiz məlumata görə, 33 yaşlı Səbuhi Dünyamalıyev narkotik vasitələrin qanunsuz satışına görə saxlanılıb. Bu gün istintaqın gedişi ilə bağlı Gəncə şəhərindən Tərtər RPŞ-yə etap olunub. Axşam saatlarında isə RPŞ-nin müvəqqəti saxlama kameralarından birində özünü mələfə ilə asaraq intihar edib. Hazırda meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinədədir. Faktla bağlı araşdırmalara başlanılıb.

***
Tərtər Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxs intihar edib.

Tərtər Rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Ağdam rayon sakini, 1982-cil il təvəllüdlü Dünyamalıyev Səbuhi Zamin oğlu saxlanıldığı kamerada özünü asıb. Faktla bağlı araşdırma aparılır.

Hadisədən dərhal sonra S.Dünyamalıyevin qohumlarının bir qrupu Tərtər Rayon Polis Şöbəsinə gəliblər, onlar yaxınlarının özünə qəsd etməsinə qəzəbli olduqları üçün yaranmış insidentdə polislər də daxil olmaqla bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Polis şöbəsinin binasına da zərər dəyib. Daha sonra polis S.Dünyamalıyevin qohumlarına vəziyyəti izah edib və insident həllini tapıb.

Virtualaz.org-un əldə etdiyi məlumata görə isə Dünyamalıyev təcridxanada məruz qaldığı işgəncələrdən ölüb. Bu da onun qohumlarını və yaxınlarını qəzəbləndirib. Onlar polis şöbəsinə hücum ediblər. Polis şöbəsinin ətrafında təxminən 500 nəfərlik kütlə var.

Asayişi təmin etmək üçün Tərtərə qonşu Goranboy və Bərdə rayonlarından əlavə polis qüvvələri cəlb olunub. Rayonda gərginlik var.

Yerli polis etirazçı kütlə ilə bacarmadığı üçün rayona xüsusi təyinatlılar yeridilir.

"Tərtərdə vəziyyət tam nəzarətdədir və rayon polisi həmişəki iş rejimi ilə işləyir. Rayonda tam sakitlikdir". Bunu APA-ya açıqlamasında Tərtər Rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov deyib.

Rəisin sözlərinə görə, Ağdam rayon sakini, 1982-cil il təvəllüdlü Dünyamalıyev Səbuhi Zamin oğlunun saxlanıldığı kamerada özünü asması faktı ilə bağlı araşdırmalar aparılır. Araşdırma bitəndən sonra bu barədə əlavə məlumat veriləcək.

Şöbə rəisi bildirib ki, etiraz edən Səbuhi Dünyamalıyevin yaxınları ilə söhbət aparılıb, bundan sonra onlar sakitləşiblər: “Dünyamalıyevin qohumlarına hər şeyin qanun çərçivəsində araşdırılacağı bildirilib”.

R. Məcidov rayonda "iğtişaş baş verməsi" barədə bəzi saytlarda yazılanların həqiqəti əks etdirmədiyini də qeyd edib.

Tərtərdə məhbusu döyüb öldürdülər,polis şöbəsinə hücum oldu, polislər döyüldü - Fotolar (Yenilənib)

Tərtərdə məhbusu döyüb öldürdülər,polis şöbəsinə hücum oldu, polislər döyüldü - Fotolar (Yenilənib)

Tərtərdə məhbusu döyüb öldürdülər,polis şöbəsinə hücum oldu, polislər döyüldü - Fotolar (Yenilənib)