backend

ABŞ "Müsəlman Qardaşları"-nın bəyanatından narahatdır - Açıqlama

ABŞ "Müsəlman Qardaşları"-nın bəyanatından narahatdır - Açıqlama




















ABŞ Dövlət Departamentinin rəsmisi Meri Harf birləşmiş ştatların “Müsəlman Qardaşları” təşkilatının növbəti addımı haqda açıqlamasını pislədiyini bildirib

qaynarxett.az əl-Ərabiyyə kanalına istinadən xəbər verir ki, “Müsəlman Qardaşları” təşkilatı artıq dinc yolla heç bir şeyin mümkün olmadığı və bundan sonra şiddətə əl atacaqlarıyla bağlı bəyanat yaymış, Misirin “Şərqul Əvsat” xəbər agentliyi də bu mövzuya geniş yer vermişdi.

Meri Harf ABŞ hökumətinin Sina yarımadasında baş vermiş qarşıdurmalardan öncə yayılan bəyanatın məzmununun narahatlıq duyduğunu söyləyib.

ABŞ hökuməti təşkilatın yaydığı bəyanatın məzmununu diqqətlə araşdırardıqdan sonra “cihad”-a səsləyən bu cür bəyanatların ölkədə ciddi çaxnaşmalara gətirib çıxaracağı qənaətindədir.

Qeyd edək ki, “Müsəlman Qardaşları” təşkilatına aid olduğu bildirilən “ikhwanonline” saytı Misirin Əriş bölgəsində baş verən partlayışlardan iki gün öncə bir bəyanat yaymışdı.

Bəyanatda təşkilat üzvlərinin silaha əl atacaqları və bundan sonra uzun müddət vuruşmaq üçün təlim keçəcəkləri bildirilirdi.