backend

Şəhidlər Xiyabanını satan icra başçısı Avropa.info-nun əməkdaşını polisə çağırtdırdı - Həbs təhlükəsi (Video)

Şəhidlər Xiyabanını satan icra başçısı Avropa.info-nun əməkdaşını polisə çağırtdırdı - Həbs təhlükəsi (Video)































Avropa.info-nun bölgə müxbiri Saleh Qafarlı bu gün İmişli rayon Polis İdarəsinə çağırılıb

Saleh Qafarlının Avropa.info-ya verdiyi məlumata görə, onun polisə çağırılmasına səbəb kimi, guya sosial şəbəkələrdə İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevi təhqir etməsidi. İcra başçısı bununla bağlı İmişli rayon Polis İdarəsinə müraciət edib.

Qeyd edək ki, Saleh Qafarlı son günlər rayondakı Şəhidlər Xiyabanının ərazisinin, İmişli rayonundan keçən suvarma kanalının ərazisinin satılması ilə bağlı yazılar yazıb. Bu yazılar da Avropa.info-da video görüntülər və fotoşəkillərlə birlikdə dərc olunub.

Xatırldadaq ki, Saleh Qafalının Facebook səhifəsində İmişli rayon icra hakimiyyətinin başçısını təhqir edəcək heç bir yazı və ya qeyd yoxdur. Hal hazırda isə Saleh Qafarlının telefon nömrəsinə zəng çatmır. Məsələylə bağlı Daxili İşlər nazirliyinə məlumat verilib.

İmişli rayonunda baş verənləri özündə əks etdirən videonu yenidən təqdim edirik: