backend

Zakir Müslümovu kim himayə edir?

Zakir Müslümovu kim himayə edir?


















Son zamanlar bələdiyyələrin fəaliyyətində axsaqlıq müşahidə olunmaqdadır.

Demək olar ki, bələdiyyələr üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlməyi bacarmırlar. Öz vəzifə səlahiyyətlərini yerinə yetirmək əvəzinə qanuna zidd əməllərlə məşğul olurlar. Nəticədə də zərər vətəndaşlara dəyir. Belə ki, Quba bələdiyyə sədri Zakir Müslümov fəaliyyəti dövründə hansısa müsbət işləriylə yadda qalmayıb. Bu şəxsin fəaliyyətsizliyilə bağlı redaksiyamıza kifayət qədər şikayət məktubları daxil olmaqdadır. Quba sakinləri bu şəxsin özbaşınalıqlarından cana yığılıblar. Zakir Müslümovu yalnız və yalnız cibinə nə qədər vəsaitin daxil olması maraqlandırır. Bu şəxs Quba sakinlərinin hansısa bir işinə yaramayıb. Müslümov sədrliyə gələndən bəri vətəndaşların əsəbləriylə oynayır. Öz ətrafına yaxınlarını toplayaraq Quba şəhərini iflic vəziyyətə qoymaqla məşğuldur. Bələdiyyə büdcəsinə gələn vəsaitlərin taleyindən yalnız sədr xəbərdardır. Büdcənin hara sərf olunduğunu yalnız və yalnız Müslümov özü bilir.

Azərbaycanda bələdiyyələrin səlahiyyətləri, onların fəaliyyətinin səmərəliliyi son illərdə gündəmdə olan əsas mövzulardandır. Yerli özünüidarə orqanlarının səlahiyyətlərini uğurla yerinə yetirə bilməməsi sonda bələdiyyələrin fəaliyyətinin vətəndaşlar tərəfindən tənqid olunmasına gətirib çıxarır. Bu gün Quba sakinlərinin əsas narahatlığı rayonun yollarında lazımi təmir işlərinin aparılmamasıdır. Bundan başqa çəkilən kanalizasiya xətlərinin yarımçıq qalması da Quba sakinlərinin ciddi narazılığına səbəb olan məsələlərdən biridir. Məhəllələrin bəzilərində kanalizasiya xətti var, lakin əksəriyyətində yoxdur. Sənədlərdə göstərirlir ki, bütün məhəllələrə kanalizasiya xətti çəkilib. Bütün bunlar onu göstərir ki, dövlətin bələdiyyənin büdcəsinə ayırdığı vəsaitlər təyinatı üzrə xərclənmir. Heç də hər şey rəsmi sənədlərdə göstərildiyi kimi deyil.

Yollarda vəziyyət qış fəslində daha da çətinləşir. Yağış və qarın yağması nəticəsində yollar keçilməz olur. Təəssüf ki, bu hallar Zakir Müslümovun vecinə də deyil. Əks halda hansısa addım atardı, yaxud da vəziyyətin bu cür olmasına əvvəlcədən imkan verməzdi.

Mənbə bildirir ki, rayonun əksər kənd bələdiyyələrinin sədrləri Zakir Müslümovun yaxın adamlarıdır. O, adamlarını qeyd olunan vəzifələrə gətirmək üçün əlaqələrindən istifadə edib və sonda planlarını reallaşdırmağa müvəffəq olub.

Mənbə qeyd edir ki, Müslümovun toxunulmazlığının əsas səbəblərindən biri də onun yuxarı dairələrdə bir sıra şəxslər tərəfindən ciddi müdafiə və mühafizə olunmasıdır. Müslümov müxtəlif vəzifələrdə çalışan dost-tanışları, yaxın adamları və qohumları sayəsində, eləcə də bir sıra nüfuzlu şəxslərin adından istifadə etməklə gəlirlərini artırmaqla məşğuldur. Bundan başqa, Quba bələdiyyəsi fiziki şəxslərdən torpaq və əmlak vergisi, fiziki və hüquqi şəxslərdən icarə haqqı, küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödənişlər, avtodayanacaq ödənişləri, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisini yığmaqla məşğuldur. Və bu zaman qurumda ciddi nöqsanlara rəvac verilir.