backend

Rusiya XİN rəsmisi: “Türkiyəni və türk xalqını dost sayırıq...”

Rusiya XİN rəsmisi: “Türkiyəni və türk xalqını dost sayırıq...”


"Rusiya Türkiyəni və türk xalqını öz dostu hesab edir".

Azerinform.az Musavat.com-a istinaden verdiyi məlumatına görə, bu barədə Rusiya XİN-in xüsusi nümayəndəsi Maria Zaxarova “Vestnik Kavkaza” nəşrinə müsahibəsində iki ölkə arasında yaranmış durumu şərh edərkən bildirib.

“Bizim dostluğumuz sözdə yox, əməldə öz təsdiqini tapıb. Biz illərdir Türkiyə ilə mehriban qonşuluq və tərəfdaşlıq münasibətləri qurmuşuq, bu dövlətə dərin hörmətlə yanaşmışıq. Əlbəttə ki, bizim tariximizdə müxtəlif məqamlar və müxtəlif vaxtlar olub, ancaq biz tərəfdən əlaqələrin inkişafı və irəliyə hərəkətin xeyrinə prinsipial seçim edilib” – qeyd edib Rusiya XİN rəsmisi.

“Son illər çoxlu sayda ortaq Rusiya-Türkiyə ailələri yaranıb. Onlar üçün həm Türkiyə, həm də Rusiya doğma evləridir. Bu adamlar hər iki dövləti sevirlər. Onların ortaq övladları var. Bu insanların hamısı sanki ikitərəfli əlaqələrin mahiyyətinə çevrilib”, - deyə diplomat vurğulayb.

Zaxarova onu da əlavə edib ki, nə vurulan “Su-24” təyyarəsi, nə də Rusiya öz tarixində heç vaxt Türkiyəni hədələməyib.