backend

Heydәr ?liyev İsveçdә anılıb





Stokholmdakı Fitja cümə məscidində Azərbaycanın İsveçdəki səfirliyinin təşkilatçılığı ilə Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib
Stokholmda fəaliyyət göstərən Fittja məscidində Azərbaycanın İsveçdəki səfirliyinin təşkilatçılığı ilə mərhum prezident Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Tədbirdə Azərbaycan və Türk diaspor nümayəndələri, Azərbaycanın və Türkiyənin İsveçdə akkreditasiya olunan səfirliklərinin əməkdaşları, ictimaiyyət və KİV nümayəndələri də iştirak edib.

Mərasimdə çıxış edən Fittja məscidinin imamı, Cihad Kulay 12 il əvvəl bu gündə Azərbaycanın xalqının ümummilli lideri Heydər Əliyevin vəfat etdiyini bildirərək, bugünkü cümə namazının və ediləcək duaların Ulu Öndərin ruhuna ithaf ediləcəyini qeyd etdi.

Sonra Quran ayələri oxunub.

Daha sonra Türkiyənin İsveçdəki Səfirliyinin Diyanət İşləri üzrə müşaviri Fatih Mehmet Karaca, çıxış edərək Azərbaycanın üçüncü prezidenti mərhum Heydər Əliyevin hər bir mənada türk dünyası tarixində böyük şəxsiyyətlərdən biri olduğunu qeyd edib. O deyib ki, Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində qardaş Azərbaycan regionun güclü dövlətinə çevrilib. Fikirlini bitirən Fatih Mehmet Karaca, Türkiyə-Azərbaycan “bir millət iki dövlət” ifadəsini xatırladaraq bunun Heydәr ?liyevin bütün türk dünyasına, verdiyi əhəmiyyətin bariz göstəricisi olduğunu bildirib.

Sonra Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov, çıxış edib. “Hər bir xalqın tarixində elə şəxsiyyətlər vardır ki, onlar xalqın ağır günündə meydana çıxaraq həqiqi bir liderə çevrilir, özünün zəkası və potensialı ilə millətin bütün problemlərini öz üzərinə götürür və xalqını qaranlıqdan işığa çıxararaq xoşbəxt bir dünyaya qovuşdurur. Heydər Əliyev məhz belə bir tarixi şəxsiyyət və belə bir lider idi”. Səfir, müasir Azərbaycan dövlətçiliyinin banisi kimi Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına məlumat verdi.
Azərbaycanda tolerant bir mühitinin formalaşmasında misilsiz xidmətləri olan Heydәr ?liyevin ölkəmizi etnik və dini mənsubiyyətindən aslı olmayaraq, hamının bərabər və xoşbəxt yaşaya biləcək bir məmləkətə çevirdiyini bildirən səfir, müasir Azərbaycanın dünyanın çox dövlətləri üçün nümunə ola biləcəyini vurğuladı. Heydәr ?liyevin Azərbaycan xalqının milli mənəvi dəyərlərinə önəm verdiyini bildirən səfir 90-cı illərdə müqəddəs Kəbə evini ziyarət etməklə, bir müsəlman kimi islami dəyərlərədə nə qədər önəm verdiyini mərasim iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirin cümə məscidində keçirilməsi xüsusi olaraq vurğulanmalıdır. Bu bir daha Azərbaycanın tolerant ölkə olmaqla bərabər həm də öz dini etnik ənənələrinə saiq qaldığını bildirir.

Sonda Heydәr ?liyevin ruhuna dualar oxunub.

Allah rəhmət eləsin.