backend

Çində hər il 20 milyon uşaq doğulacaq

Çində hər il 20 milyon uşaq doğulacaq



Pekin rəhbərliyi, ailələrin ikinci uşağa sahib olmasına icazə verən qanunu rəsmi şəkildə təsdiqləyib. Yeni ildən etibarən ölkədə, bir uşaq siyasəti sona çatır. İkinci uşağın doğilmasına icazə verən qanun yeni ildən qüvvəyə minir.

Çinin Şinhua agentliyinin xəbərinə görə, cütlərin ikinci uşağa sahib ola bilməsinə icazə verən qanun, rəsmi olaraq qəbul olunub və yanvarın 1-dən qüvvəyə girəcək.

Bu qanunun qüvvəyə minməsinin ardından ölkədə hər il 20 milyon doğum gözlənilir. Ailə Planlaması Komissiyası daha əvvəl verdiyi açıqlamada “bir uşaq” siyasətinin ləğv edilməsi ilə ölkə əhalisinin 2030-cu ildə 1,45 milyarda çatacağını və hər il orta hesabla 20 milyon doğumun gözlənildiyini bildirmişdi.

Çinin ailə planlaması və “bir uşaq” siyasəti, ölkənin sürətlə artan əhalisini nəzarət altına almaq üçün 1980-ci ildə qüvvəyə minmiş və şəhərlərdə yaşayan ailələrə tək uşaq məhdudiyyəti qoyulmuşdu gətirilmişdi.

Kəndlərdə yaşayan ailələrə isə ilk uşaqları qız olduğu halda ikinci uşağa icazə verilmişdi.