backend

Kişinyovda partlayış nəticəsində 20 nəfər yaralanıb

Kişinyovda partlayış nəticəsində 20 nəfər yaralanıb


Moldovanın paytaxtı Kişinyov şəhərinin mərkəzində baş vermiş parlayış nəticəsində uşaqlar da daxil olmaqla 20 nəfər xəsarət alıb, yaralananların hamısı xəstəxanalara yerləşdirilib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, partlayış Kişinyovun mərkəzi bazarında yerləşən yeməkxanaların birində baş verib. Partlayışın qaz balonu ilə ehtiyatsız davranma səbəbindən baş verdiyi ehtimal olunur.

Hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub.