backend

Aslan İsmayılov od püskürdü: Bu, ən böyük tərbiyəsizlikdir

Aslan İsmayılov od püskürdü: Bu, ən böyük tərbiyəsizlikdir
Bərdə rayonunun Dəymədağıldı kəndində bir orta məktəbin həyətində yerləşən ‪20Yanvar‬ şəhidlərinin xatirəsinə həsr olunmuş abidənin zibilxanaya çevrilməsi ictimailəşəndən sonra dünən abidə ətrafı zibildən təmizləndi və gül qoyuldu

Bəli, hakimiyyət suçludur, vəzifəsini yerinə yetirmir, ona görə də tənqid olunur. Bəs biz “Aydan arı, sudan duru”yuqmu? Həmin abidəni zibilxanaya hakimiyyət, YAP yox, bu gün özündən başqa hamını ittiham edən sıravi vətəndaşlar çevirmişdi. Günah tək o zibili atanlarda yox, həm də bunu görüb susanlardadır. Nə vaxta qədər ki, haqsızlığa, mədəniyyətsizliyə etiraz edənə “əşşi, sənə hamıdan çox lazımdır” deyəcəyik, heç nə dəyişməyəcək. Zəhləm gedən həmin cümlə mənə minlərcə dəfə deyilib, mən isə həmin məqamda dəstək gözləmişəm. “Hyatt Regency” mehmanxanasının idman zalında da hamı tərbiyəsizliyi görüb susurdu. Gördüklərimə etiraz edəndə həmişə dəstək gözləmişəm, əvəzində isə o sözləri eşitmişəm, bu gün də eşitməkdə davam edirəm.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu günlərdə Bibiheybət qəsəbəsində 300-dən artıq şam ağacları əkdi. Ağaclar qurumasın deyə ətrafda yaşayanlara “mən evimin qarşısına düşənləri sulayacam, siz də evinizin qabağındakıları sualyın” xahişimə minnət qoyub dedilər ki, “Sizin xətrinizə sulayarıq, ancaq bizə şlanq alın gətirin”.

Şərh yazanlardan bəziləri mənə irad bildirdi ki, “heç sizdən gözləmirdik. Siz də kasıblara irad tutursunuz”. Bəli, yalnış hərəkət edən hamıya irad tutulmalıdır. Fərqi yoxdur varlı - kasıb, sıravi- tanınmış, vəzifəli-vəzifəsiz. Hamı bilməlidir ki, ancaq hamımız birlikdə həyatımızı yaxşıya dəyişdirə bilərik və bunu etməliyik.

Sonda bir daha aktiv vətəndaş mövqeyi sərgiləyən hər birinizə təşəkkür edib bildirirəm ki, ictimai qınaq haqsızlığa qarşı ən güclü silahdır və bundan istifadə etmək lazımdır. Bu prosesdən sui - istifadə edib, kimlərləsə haqq-hesab çəkmək üçün yalana, saxtakrlığa əl atmaq isə ən böyük tərbiyəsizlikdir.