backend

Ərdoğana ABŞ-da qarşılama rəzaləti!-VİDEO

Ərdoğana ABŞ-da qarşılama rəzaləti!-VİDEO
Riatv.press-in Türkiyə bürosundan verilən xəbərə görə, Prezident Ərdoğanın ABŞ səfərində diplomatik qalmaqal baş verdi. Ərdoğanı Andrews Hava Bazasında heç bir Amerikalı səlahiyyətli qarşılamadı.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün getdiyi ABŞ-ın paytaxtı Vaşinqtonda tam bir qarşılama qalmaqalı baş verdi. Ərdoğan başçılıq etdiyi nümayəndə heyəti, protokol qaydaları heçə sayılaraq heç bir AMERİKALI səlahiyyətli qarşılamadı.
Ərdoğanı hava limanında təkcə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu və Türkiyənin Vaşinqton Səfiri Sərdar Kılıç qarşılayıb.
Ərdoğan və onu müşayiət edən heyətin 12 saat davam edən uçuşundan sonra yaşanan protokol qalmaqalı kameralara da əks olundu.