backend

Fahişələr «Cahargah» hotelində «meydan sulayırlar»

Fahişələr «Cahargah» hotelində «meydan sulayırlar»
Əxlaqsızlıq yuvasının sahibi Kənan doxdur kim(lər)in himayəsinə arxalanır?

Obyektin icarədarı Samir adlı şəxs hotelə Gürcüstan, Rusiya və Ukraynadan yüngül həyat tərzi keçirən qadınlar dəvət edib


Bakının Hövsan-Türkan şossesində yerləşən, faktiki olaraq əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən «Cahargah» hotelinin əməllərinə, həkim-uroloq Kənan doxdurun sahibi olduğu bu obyektdə cərəyan edən hallara nədənsə müvafiq qurumlar seyrçi mövqe sərgiləyirlər. Məhz elə bu səbəbdən də Kənan doxdurun daha da arxayınlaşaraq öz bildiyini etdiyini vurğulayan mənbənin sözlərinə görə, «Cahargah» hotelinin sahibi bəzi nüfuzlu şəxslərin adından istifadə etməklə həm özünün, həm də adıçəkilən obyektin təhlükəsizliyini, toxunulmazlığını təmin edir. Beləliklə, bir müddət əvvəl «Cahargah» hotelinin yanında paytaxtda tayı-bərabəri olmayan hamam-saunanın tikilib başa çatmasından ötrü doxdorun yarım milyona yaxın vəsait sərf etdiyini bildirən məlumatlı şəxs iddia edir ki, onun Rusiyada böyük meşələri, geniş torpaq sahələri var:

«Deyilənlərə görə, həmin meşələrdən əldə olunan taxta materialları Bakının Dərnəgül şossesində yerləşən bazarda satışa çıxarılır. Nəzərinizə çatdırım ki, Kənan doxdura məxsus taxta bazarı «Çingizxan» restoranının arxa hissəsində yerləşir. Böyük ərazini əhatə edən bazara Kənan doxdorun qardaşı Sənan Əhmədov nəzarət edir. Bildirilir ki, onun sürdüyü maşının dövlət nömrə nişanı 10-900-dür. Qardaşının puluna güvənən Sənan nə qanun tanıyır, nə də bir şey. Qardaşı ona bütün işlərdə «yaşıl işıq» yandırıb. O da qeyd olunur ki, Kənan doxdur «Cahargah» hotelini Samir adlı şəxsə ayı 10 min manata icarəyə verib. Məsələnin maraqlı tərəfi ondadır ki, ixtisasca həkim-uroloq olan Kənan doxdur əxlaqsızlıq yuvası işlətməsindən Səhiyyə Nazirliyinin yetkili şəxsləri xəbərdar olsalar da, nədənsə onun barəsində heç bir ölçü götürülmür. Məhz bu fakt bir daha onu təsdiqləyir ki, adıçəkilən «priton»un sahibinin arxasında kifayət qədər səlahiyyətli birisi dayanır və ona bütün məsələlərdə dəstək verir». Əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən «Cahargah» hotelinin sahibi Kənan doxdurun paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon adlanan ərazisində yerləşən dövlət xəstəxanalarından birində həkim işlədiyini deyən mənbənin sözlərinə görə, böyük biznes şəbəkəsinə malik olan uroloqun Dərnəgüldə şüşə sexi fəaliyyət göstərir: «Deyilənlərə görə, böyük ərazini əhatə edən sexdə sular üçün şüşə və qapaq istehsal olunur. Bu sexin fəaliyyətinə də Kənan doxdurun qardaşı Sənan Əhmədov nəzarət edir. Hələ bu, harasıdır. «Cahargah» hotelinin sahibinin Novxanıda qiyməti milyonlarla olan bağ evi var. Onu da qeyd edim ki, «Cahargah» hotelində qadınların, hətta yetkinlik yaşına çatmayan qızların cinsi istismara məruz qalması azmış kimi, vətəndaşların yay aylarında dənizə girişi də yasaqlanıb. Belə ki, Xəzərin sahilini hasarlayan iş adamı sadə vətəndaşların çimərlikdən istifadəsinə imkan vermir. İnsanlar yay aylarında yalnız pul ödəməklə sözügedən ərazidə çimə bilərlər. Əgər Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı obyektiv araşdırma aparsa, o zaman bir çox mətləblərə aydınlıq gətirilə bilər. Məsələn, onda məlum olacaq ki, Kənan Əhmədov sahibi olduğu otelin çimərlik hissəsini Azər adlı şəxsə icarəyə verib. Halbuki, bu tam qanunsuz işdir. Çünki həmin ərazi Dövlət Sərhəd Xidmətinin sərəncamındadır və «Cahargah» hotelinin sahibi himayədarının yardımı ilə qeyd olunan sahəni qanunsuz yolla zəbt edib». Əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, «Cahargah» otelinin, o cümlədən yeni tikilən hamam-saunanın müvafiq sənədləri yoxdur. Bu isə onu deməyə əsas verir ki, hər iki obyektin sahibi Kənan doxdur ölkə qanunlarına əməl etmir, müxtəlif yollara baş vurmaqla qanunlara zidd hərəkət edir:


«Belə ki, o, Mədəniyyət və Turizm Nazirliyinin verdiyi lisenziyanı əsas tutaraq sahibi olduğu «Cahargah» hotelini əxlaqsızlıq yuvası kimi işlədir. Buna görə də adıçəkilən obyektə verilən lisenziya dərhal ləğv edilməlidir. Çünki «Cahargah» paytaxt sakinləri tərəfindən hoteldən daha çox, «priton» kimi tanınır. Başqa bir önəmli məqam isə ondan ibarətdir ki, Kənan Əhmədov himayədarının yardımlarına baş vuraraq əldə etdiyi qazancdan vergi ödəmir. Bu isə birbaşa qanun pozuntusu kimi qiymətləndirildiyindən onun barəsində müvafiq tədbir görülməli, əməllərinə görə məsuliyyətə cəlb olunmalıdır. Onu da qeyd edim ki, üzərindən yüksək gərginlikli elektrik xətti keçən «Cahargah» hotelinin və yeni tikilən hamam-saunanın ərazisini ələ keçirməsində Kənan doxdura Türkan bələdiyyəsinin rəhbər şəxsləri yaxından köməklik göstərib». \

Bu arada, Kənan doxdorun son günlər Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun adından istifadə etməyə başladığını iddia edən məlumatlı şəxs bildirir ki, «Cahargah» hotelinin sahibi bu yolla toxunulmazlığını təmin etməyə çalışır:

«Deyilənlərə görə, o, bir müddət əvvəl özünə yaxın olan adamların yanında bildirib ki, hoteli və yeni tikdirdiyi hamam-saunanı heç kim sökə bilməz. Çünki arxasında icra başçısı dayanıb. Bundan başqa, «Cahargah» hotelinin sahibi bütün işlərdə Samir adlı şəxsi qabağa verir. Samir isə Hövsan və Türkan qəsəbələrində bir neçə ticarət obyektinə nəzarət edir. Ən maraqlısı isə odur ki, bu şəxsin kriminal aləmə yaxınlığı olan adamlarla münasibətləri var. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, bu yaxınlarda fəaliyyətini dayandıran «Cahargah» hoteli mayın 31-də yenidən əvvəlki qaydada işinə davam etməyə başlayıb. Belə ki, hazırda Samir adlı şəxsin icarəsində olan əxlaqsızlıq yuvasının təmirdən sonrakı açılışı geciksə də, nəhayət ötən ayın son günündə baş tutub. Bununla da «Cahargah» hoteli «Santafe Beach» adı ilə yenidən fəaliyyətini davam etdirir. Deyilənlərə görə, açılış günü obyekti icarəyə götürən Samir adlı şəxs və onun Fəqan adlı dostu xüsusi canfəşanlıq göstəriblər. Bildirilir ki, açılış günü obyektə Gürcüstan, Rusiya və Ukraynadan öz işinin peşəkarı olan fahişələr dəvət olunub. Məhz onların hesabına mayın 31-də əxlaqsızlıq yuvasının sahibi xeyli gəlir əldə edib. Sonda bir daha qeyd etmək istərdim ki, əgər Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları adıçəkilən obyektdə obyektiv araşdırma aparsalar, o zaman «Cahargah»ın əsl «priton» olduğu müəyyənləşər».

İnanırıq ki, Xəzər Rayon Polis İdarəsinin rəisi, çox hörmətli Azər Muradov «Cahargah» hotelinin, eləcə də yeni tikilən hamam-saunanın fəaliyyət göstərməsinə imkan verməyəcək, adıçəkilən obyektlərdə fahişələrin «at oynatması»nın qarşısı alınacaq. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. P.S Əxlaqsızlıq yuvalarının başında duranlarınna demək istəyirik ki, özünüzü yorub bizə adam axtarmayın.sonolay.org/