backend

Anar Gülənçi ittihamlarına cavab verdi: "Artıq bezmişəm.." - ÖZƏL

Anar Gülənçi ittihamlarına cavab verdi: "Artıq bezmişəm.." - ÖZƏL
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Fətullah Gülən şəbəkəsi ilə əlaqələr qurmaqda ittiham olunmasına cavab verib.

A.Rzayev Publika.az-a açıqlamasında deyib ki, bir sıra mətbuat orqanları onun haqqında uydurma məlumatlar yayır: “Məni ən çox “Çağ Öyrətim İşletmeleri” təşkilatının tədbirlərində çıxışlarıma görə ittiham edirlər. Onların tədbirlərində təkcə mən iştirak etməmişəm, həmin tədbirlərdə Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri də iştirak edib. Onlar haqqında da yazsınlar da. Niyə yazmırlar? Artıq bezmişəm bu cür söz-söhbətlərdən. Bu ittihamlara cavabım odur ki, məndən əl çəkin. Jurnalistlər də məndən əl çəksin”.