backend

MİTİNQ QORXUSU:(ŞƏRHSİZ) İqtidar mediası: “İsa Qəmbərin murdar simasını fitə basıb...”

MİTİNQ QORXUSU:(ŞƏRHSİZ) İqtidar mediası: “İsa Qəmbərin murdar simasını fitə basıb...”İqtidar mediası Müsavat Partiyasının keçirdiyi mitinqə geniş yer ayırıb

Politika.Az xəbər verir ki, hökumət mətbuatı partiyanın referendum əleyhinə keçirdiyi icazəli mitinqin fiaskoya uğradığına və iştirakçıların az olduğuna diqqət çəkib.

Konkret olaraq “Səs” qəzetinin elektron versiyasında təxminən 5-6 yazı Müsavatın mitinqinə həsr olunub. Həmin yazılardan xülasə hazırlamışıq və oxucular üçün də hakimiyyət mətbuatının mitinq barədə nə yazdığını bilmək maraqlı olar:

Sitat: Müsavat Partiyası rəqibi Milli Şuradan geri qalmamaq üçün bu gün "Məhsul" stadionunda mitinq keçirdi. Ən acınacaqlı vəziyyətə düşən yenə qanımız bahasına əldə etdiyimiz və dövlətimizin əsas atributlarından sayılan üçrəngli bayrağımız oldu.

Nə Milli Şura üzvləri, nə də müsavatçılar bayrağımıza sayqı ilə yanaşa bildilər. İki nəfər tapa bilmədilər ki, bu bayraqları təmiz yerə yığsınlar, onları palçığa bulaşmağa qoymasınlar.

Müsavatçılar da dünənki "dostları" kimi mitinq qurtarar-qurtarmaz bayraqları bir kənara tullayıb stadionun çıxışına tərəf "hurrey" deyib axışdılar.

Digər yazıda deyilir: Müsavat başqanı Arif Hacılı mitinqin keçirildiyi stadiona nə qədər insanın toplaşdığını təşkilatçılardan soruşub. Aksiya təşkilatçıları gözlədiklərindən az adamın olduğunu bildiriblər.

Mitinq başladıqdan sonra adam sayının az olması Arif Hacılının aksiya təşkilatçılarına ilginc tapşırıq verməyə məcbur edib. Müsavat başqanı adamları bir yerə - tribunanın sol küncünə toplaşmalarını tələb edib. O, bununla vəziyyətdən çıxış yolu kimi “kütlə” görüntüsü yaratmağa cəhd edib.

Başqa məqalədən parçalar: Partiyanın sabiq başqanı öz çıxışı zamanı dövlətçilik maraqlarına qarşı ifrat dərəcədə qərəzli və əsassız fikirlərə yer verərək, nəticədə özünü ifşa edib.

Belə ki, dövlətin yürütdüyü demokratik siyasətə qarşı böhtançılıq, şər və qarayaxma yolu ilə kölgə salmağa cəhd edən İsa Qəmbər danışığı əsnasında özünün hakimiyyətdə olduğu dövrləri unudub.

İsa Qəmbər isə bu prinsipləri ayaq altına ataraq, qeyri-insani və qeyri-demokratik addıma gedib, 10 nəfər insanın qətlinə öz murdar imzasını atıb.

“Demokratiya”, “insan haqları” və s. keyfiyyətlərdən dəm vuran İsa Qəmbərin məlum qərəzli fikirləri səsləndikdən sonra aksiyada iştirak edən bəzi insanlar onun simasızlığından təəccüblənərək, etiraz fiti səsləndirib “Məhsul” stadionunu tərk ediblər.

P.S: ŞƏRHƏ EHTİYAC YOXDUR...