backend

Qələbə paradı Türkiyə-Azərbaycan birliyinin növbəti təqdimatı olacaq = Professor

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Goranboy Peşə Məktəbinin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Allahverdi Seyidov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..

QISA TANIŞLIQ

Seyidov Allahverdi Kamil oglu 1958-ci il avqust ayının 4-də anadan olmuşdur.

1981-ci ildə S.Ağamalıoğlu adına «Şərəf Nişanı» ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomuilə bitirmişdir.

1982-1985-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun əyani aspirantı olmuşdur.

1986-cı ildən kənd təsərrüfatı elmləri namizədi, 2006-cı ildən isə kənd təsərüffatı elmləri doktorudur. Əkinçilik ET İnstitutu nəzdindəki aqrar elmləri üzrə fəlsəfə doktorluğu və elmlər doktorluğu Dissertasiya Şurasının üzvüdür. AZƏRBAYCAN AQRAR ELMİ jurnalının redaksiya heyətinin üzvü, “Arıçılıq” Mərkəzinin ELMİ XƏBƏRLƏRİ jurnalının baş redaktoru, onlarla tədris-metodiki əsərlərin elmi redaktorudur. N.Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş «Tut ipəkqurdu genetik ehtiyatlarının milli kataloqu» və «Tut ipəkqurdu genetik ehtiyatlarının kataloqu» albomlarının (Azərbaycan, ingilis və rus dillərində) redaktoru və müəllifidir.

1975-ci ildə əmək fəaliyyətinə fəhlə kimi Ermənistan Respublikasının Kalinino rayonunun Evli kənd sovxozunda başlamışdır.

1985-1988-cı illərdə Azərbaycan Bağçılıq və Subtropik Bitkilər Elmi-Tədqiqat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır.

1988-1996-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında baş elmi işçi, laboratoriya müdiri və asisistent işləmişdir.

2000-2010-cu illərdə Gəncə Dövlət Universitetinin müəllimi, elmi katibi vəzifələrində çalışmışdır.

2010-2015-ci illərdə R.Hüseynov adına Azərbaycan ET İpəkçilik İnstitunun direktoru vəzifəsində çalışmışdır.

2016-cı ildə isə ARKT–nin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini, Arıçılq Mərkəzinin rəisi vəzifəsində calışmışdır.

2 albomun, 5 monoqrafiyanın, 1 dərsliyin, 2 dərs vəsaitinin, 2 metodiki vəsaitin, 2 metodiki tövsiyənin, 2 fənn proqramının və 80 elmi məqalə və tezislərin müəllifidir. Arıçılığın inkişafına dair beynəlxalq, respublika səviyyəli konfransların iştirakçısıdır.

2015 və 2016-cı illərdə «Arıçılığın inkişafına dair Azərbaycan-Türkiyə elmi əməkdaşlığı Toplantısı-I və II-nin» təşkilatçısıdır. Və eyni zamanda Azərbaycanda arıların süni mayalandırılmasının və Bozdağ Qafqaz arı cinsinin genofondunun Mərkəzdə toplanmasının təşəbbüskarıdır.

2009-cu ildə AR Təhsil Nazirliyinin «Azərbaycan Respublikasinin qabaqcil təhsil işçisi» döş nişanı, 2015-ci ildə isə AR Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.


...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Goranboy Peşə Məktəbinin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Allahverdi Seyidov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən MƏMURlardandır.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri professor Allahverdi Seyidovu yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Allahverdi müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

...Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü cəkən fədəkar bir insan kimi tanıdığımız Allahverdi Seyidovun haqqında bəzən bədhaqları tərəfindən yayılan uydurmalar da olur ki, əslində bu insanda gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılanlara cavab olaraq gerçək olanı deyək: Bəri başdan deyirik ki, Allahverdi Seyidov təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Allahverdi müəllimin saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər baglıdır. Saysız- hesabsız ehtiyacı olanlara "Əl tutmaq Əlidən qalıb" deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya yüzlərlə xeyirxah əməllərini də artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki...) onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda ”Professor Allahverdi Seyidovun böyük, tükənməz bir xəzinəsi var”-deyib, sadəcə, siz hər şeyi baş-ayaq anlamısız…

YAZIYA KİCİK BİR SÖZARDI

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyir prezident İlham Əliyev!

Goranboy Peşə Məktəbinin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Allahverdi Seyidovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Allahverdi müıllimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Goranboy Peşə Məktəbinin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Allahverdi Seyidovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı!
P.S
“Bu gün Azərbaycan xalqının tarixinin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gündür. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu.“

Bu sözləri 24saatxeber.info-ya müsahibəsində Goranboy Peşə Məktəbinin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Allahverdi Seyidov söyləyib.

Qəhrəman ordumuzla qürur duyduğunu vurğulayan ölkə ziyalısı deyib: “Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin gecə saatlarında xalqa verdiyi bu müjdəli Qələbə xəbəri bütün Azərbaycanı ayaqda saxladı. Böyükdən-kiçiyə hamı bu müjdənin bəxş etdiyi sevinci yaşadı, paylaşdı və paylaşmaqda davam edir. Əzəli Azərbaycan torpağı olan Qarabağın geri qaytarılması, Xocalının intiqamı uğrunda başladığımız müqəddəs müharibənin xalqımızın böyük və ehtişamlı Qələbəsi ilə sona çatması xalqın və haqqın Qələbəsidir. Sivil xalqlar tarixləri boyu müharibəni heç vaxt dəstəkləməyiblər. Azərbaycan dövləti də həmişə sülh missiyasını yerinə yetirib, münaqişələrdən qaçaraq əmin -amanlığın tərəfdarı olub. Amma çox təəssüf ki, qəsbkar qonşularımız hərbdən başqa yol qoymadılar. İşğal etdikləri torpaqlarımızdan xoşluqla çəkilmək istəmədilər. Hər bir səbrin də bir həddi-hüdudu olur. Müharibə lənət sayılsa da, azadlıq uğrunda hər cür müharibə müqəddəs hesab edilib. Azərbaycanın apardığı bu müharibə də müqəddəs müharibə - Vətən müharibəsi idi və qələbə ilə bitməsi də tarixi yekun oldu.

O, qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında başlanan və 10 noyabr tarixinə kimi davam edən Vətən müharibəsi haqqında tarix kitablarında yazılacaq, siyasətçilər araşdırma aparacaq, təhlil və diskussiyalarda çox məqamlara aydınlıq gətiriləcək. Bugünümüzün hazırkı həqiqəti, reallığı isə budur ki, bu Vətən müharibəsi Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Ali Baş Komandan İlham Əliyev Qələbə müjdəsini xalqa çatdırarkən, sevinc və həyəcanını bölüşərkən bu məqama xüsusi toxundu: “ Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi .Yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya, Kəlbəcərə qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.

Professor deyib: “Bu gün illərdir bizi üzən hisslər fəxarət duyğuları ilə əvəzləndi. Hamı sevinir. Bütün Azərbaycan bayram ovqatına köklənib. Bayram əhval ruhiyyəsi paytaxt Bakı ilə yanaşı bölgələrdə də hiss olunur. Sevinc sevincə qarışıb. Bu sevinci bizə yaşadan möhtərəm Ali Baş Komandan , Azərbaycan Ordusu, Azərbaycan əsgəri, var olun! ”

Allahverdi Seyidov qeyd edib ki, hər bir tarixi gün onun mahiyyətinin açıqlanmasında, bu günümüz və gələcəyimiz üçün önəminin düzgün dəyərləndirilməsində ən zəngin mənbədir: “Bu baxımdan illər keçdikcə Zəfər Gününün, eyni zamanda, onun sevincini paylaşmaq üçün keçirilən tədbirlərin əhəmiyyəti daha aydın görünəcək. 29 illik müstəqillik tarixinə malik olan Azərbaycan 27 ildə, yəni müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ordu quruculuğu istiqamətində əldə etdiyi uğurların fonunda ilk dəfə Qələbə paradı keçirəcək. 44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan edən Ordumuz bu şanlı zəfərini 10 dekabrda Azadlıq meydanından dünyaya nümayiş etdirəcək.”

Qaynarxett.az