backend

İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar İrəvan Türk Cümhuriyyətinin təşkilatçılığı ilə“İrəvan Azərbaycanın tarixi torpaqlarıdır” adlı elmi-praktik konfrans keçirilmişdir.

İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar İrəvan Türk Cümhuriyyətinin təşkilatçılığı ilə“İrəvan Azərbaycanın tarixi torpaqlarıdır” adlı elmi-praktik konfrans keçirilmişdir.


İrəvan Türk Cümhuriyyətinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda "İrəvan Azərbaycanın tarixi torpaqlarıdır” adlı elmi-praktik konfrans keçirilmişdir. Konfransın məqsədi dünya ictimaiyyətinə tarixən azərbaycanlıların yaşadıqları İrəvan şəhərinin və ətraf bölgələrin 1918-ci ildə ermənilərə verilməsini, ermənilərin bu ərazilərdə törətdikləri vəhşilikləri və azərbaycanlalıların öz ata-baba yurdlarında soyqırıma məruz qalaraq deportasiya olunmasını çatdırmaq idi.
Konfransda İrəvan Türk Cümhuriyyətinin nümayəndələri, ağsaqqallar, alimlər, tarixçilər, ziyalılar, elm adamları, müxtəlif təşkilatların nümayəndələri, gənclər iştirak edirdi. Tədbirdə "İrəvan Azərbaycanın tarixi torpaqlarıdır” adlı foto və kitab sərgisi də nümayiş olundu.
İlk olaraq, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra "İrəvan Azərbaycanın tarixi torpaqlarıdır” adlı video-çarx nümayiş edildi.
Konfransı giriş sözü ilə açan İTC-nin Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi İradə Rizazadə tədbirin əhəmiyyəti barədə məlumat verərək, tarixi faktlar barədə ümumi məlumat verdi. Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA Hüquq və İnsan haqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov, Azərbaycan Respublikasının əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova mövzu üzrə məruzələrlə çıxış etdilər.
Tədbirdə həmçinin İnşaat Memarlıq Universitetinin nəzdində İnşaat kollecinin direktor müavini Muxtar Həsənov, "Ağrıdağ” Xeyriyyə cəmiyyətinin sədri Kamil Babayev, İTC Millət Şurasının üzvü Qələndər Muxtarlı, professor Lütviyyə Əsgərova, yazıçı Güləmail Murad, İTC Dövlət Şurasının sədri Paşa Həsənli, filologiya elmlər doktoru Lütviyyə Əsgərzadə, İTC üzvü , tarixçi Şahlar Hacıyev, İTC Millət Şurasının üzvü Ramazan Hüseynov, tarixçi-araşdırmaçı Xəqani İsmayıl, Rzayev Əhməd, tarixçi Khulmann Gülbəniz, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Fatma Sofiyeva, yazıçı, ASKEF-in Azərbaycan və Orta Asiya üzrə təmsilçisi Sona İsmayılova və başqaları çıxış etdilər.
Sonda "İrəvan Azərbaycanın tarixi torpaqlarıdır” elmi-praktik konfransın iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, İslam Ölkələri Əməkdaşlıq Təşkilatına, Türk Dövlətləri Birliyinə, Azərbaycan Respublikasında fəaliyyət göstərən səfirliklərə və digər beynəlxalq təşkilatlara ünvanlanan bəyanat qəbul olundu.