Azərbaycanda fəaliyyət göstərən Amerikanın Ticarət Palatasının (AmCham Azerbaijan) yeni işçi qrupu fəaliyyətə başlayıb. Bununla əlaqədar keçirilən ilk görüşdə Milli Məclisin deputatı Müşfiq Cəfərov də iştirak edib.
Qaynarxett.az xəbər verir ki, görüş zamanı Azərbaycanın biznes və investisya mühiti, dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi, sahibkarlığın inkişafı, qanunvericilik təşəbbüsləri və xarici investorlarla əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Deputat Müşfiq Cəfərov çıxışında ölkədə həyata keçirilən iqtisadi islahatların sahibkarlıq mühitinin inkişafına və investisiya cəlbediciliyinin artırılmasına mühüm töhfə verdiyini vurğulayıb. O, dövlət qurumları ilə biznes ictimaiyyəti arasında açıq dialoqun və qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüş iştirakçıları işçi qrupunun gələcək fəaliyyət istiqamətləri, biznes mühitinin təkmilləşdirilməsi və özəl sektorun qarşılaşdığı məsələlərin həlli ilə bağlı müzakirələr apararaq, bu platformanın səmərəli əməkdaşlıq üçün önəmli rol oynayacağını bildiriblər.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət



