backend

Ermənistanda 300 min insan ölə bilər

Son bir neçə gündə Ermənistanda ard-arda zəlzələlər baş verir. Şirak bölgəsində qeydə alınan zəlzələlərin Rrixter cədvəli ilə 4-5 bal olduğu deyilir.

JAMAZ.İNFO xəbər verir ki, qonşu ölkədə qeydə alınan təkanların getdikcə şiddətlənməsi yerli seysmoloqları da narahat etməyə başlayıb.


Akademik Mikael Melkumyan bildirib ki, Ermənistan seysmik aktiv zonada yerləşir və orada hər dəqiqə güclü zəlzələ qeydə alına bilər.

“Ona görə də bu zəlzələyə tab gətirmək üçün binaların, xüsusən də sovet dövründə tikilmiş binaların seysmik təhlükəsizliyini artırmaq lazımdır”.


Melkumyan deyib ki, İrəvan şəhəri də seysmik zonada yerləşir. Lakin bu ərazidə hələlik güclü təkanlar qeydə alınmayıb. Onun sözlərinə görə, əgər İrəvanda Spitak zəlzələsinin intensivliyi ilə zəlzələ baş verərsə, 300 min insanın ölməsi qaçılmaz olacaq.