backend

Qalmaqal: İddia olunan dələduzluq faktı ilə bağlı şikayət daxil olub – “Paşa Sığorta” əməkdaşının adı hallanır

Avtomobil alqı-satqısı ilə bağlı qalmaqallı iddia gündəmə gəlib.

YeniZamantv.az xəbər verir ki, şikayətçi Ruzi Ağababa oğlu Kərəmli “Sosialmedia.az”-a müraciət edərək  Mehbarə İlham qızı Rəhimovanın (bəzi sənədlərdə  İlhamə İlham qızı Rəhimova kimi göstərilir) onu aldadaraq dələduzluq əməlinə yol verdiyini iddia edib.

Şikayətçinin sözlərinə görə, 25 fevral 2025-ci il tarixində Mehbarə Rəhimova  ona məxsus “Mercedes Benz 350” markalı minik avtomobilini 10 min manat qarşılığında satıb. Müqavilə əsasında notarial etibarnamə də təqdim olunub. Lakin təxminən iki ay sonra,  Mehbarə Rəhimova həmin etibarnaməni birtərəfli qaydada ləğv edərək avtomobili axtarışa verib və iddia edib ki, nəqliyyat vasitəsi onun xəbəri olmadan qaçırılıb.
Ruzi Kərəmli isə bu iddiaları təkzib edir və bildirir ki, avtomobilin satışı qarşılıqlı razılaşma əsasında həyata keçirilib, ödəniş tam və şəffaf şəkildə edilib. Onun sözlərinə görə, nə etibarnamə bərpa olunur, nə də ödənilmiş pul geri qaytarılır. Şikayətçi əlavə olaraq qeyd edir ki, qarşı tərəf əlavə vəsait tələb etməklə onu təhdid edir.

Şikayət həmiçinin iddia edir ki,  Mehbarə Rəhimova özünü “Paşa Sığorta” şirkətinin əməkdaşı kimi təqdim edərək bu ad altında nüfuz formalaşdırmağa və təsir göstərməyə çalışır.

Qeyd edək ki, şikayətçi notarial etibarnamənin surətini də saytımıza təqdim edib.

Sosialmedia.az olaraq məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, müraciətlərimiz cavabsız qalıb.

Mövzuya münasibət bildirmək və cavab haqqından istifadə etmək üçün  Mehbarə Rəhimovaya yenidən açıq dəvət ünvanlayırıq.