backend

5 nömrəli neft terminalı bazasının müdirinin ancaq adı Hacıdır... - "Əməli Allahdan uzaqdır..."

"Bərdədəki 5 nömrəli neft terminalı bazasının müdiri Hacı Hacıyev qanunu da, Allahı da saymır.

Heç olmasa ad-soyadından utanıb insafla işləsin.


Axı eşitdiyimizə görə o da əvvəllər zəhmətlə çörək yeyib, "KAMAZ" sürücüsü olub,yük daşıyıb.


Heç olmasa keçmişini xatırlayıb nahaq iş görməkdən çəkinsin.


Ərazidə bir neçə rayona xidmət edən bu müəssisənin rəhbərindən şikayət var.


Tərtər rayonunun Köçərli kəndi ərazisində,Bərdə,Ağdam,Tərtər,Ağcabədi dördyolunda yerləşən yanacaqdoldurma məntəqəsinin müdiri Səfərov Əhməd Sabir oğlu bizə ünvanladığı müraciətində SOKAR PETROLEUM QÇS 5 nömrəli Bərdə neft terminalı bazasının müdiri,Allaha bəndəlik etməyən,əməkdaşlıq etdiyi insanlarla qarşı haqsızlıq edən Hacıyev Hacı və iş içraçısı Həsənov Əvəz adlı şəxslərdən şikayət edir.


Beləki,şikayətdə göstərilir ki,yuxarıda adı gedən bazanın məsul işçiləri müqavilədə imzalanmış şərtlərə və müddəalara əməl etmirlər və üzərlərinə düşən öhdəlikləri icra ermitlər.


Əhməd Səfərova limitində göstərilən qədər və bəzən də tamamilə məhsulu verməkdən imtina edirlər.
Müqavilədə göstərilir ki,alıcı qəbul etdiyi məhsulu satıcının neft terminalı bazasından daşınmasını öz nəqliyyat vasitələri və vəsaiti hesabına həyata keçirir.
Onlar müqavilədə qeyd edilmiş bu maddənidə pozurlar.Şikayətçinin dediyinə görə təhlükəli yüklərin daşınmasını həyata keçirən,lisenziyası mövcud olan nəqliyyat vasitəsi olsa da,satışı həyata keçirən baza buna icazə vermir.
Bunun da məlum səbəbləri var".

Bu barədə NÖVBƏTİ YAZIDA...