backend

Bəxtiyar Hacıyev həbsdə saxlanıldı

Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib.

Turantv.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Məhkəmə B. Hacıyevin həbsdə qalması barədə qərar verib.
Xatırladaq ki, B. Hacıyev ötən il dekabrın 9-da həbs edilib. Vəkilləri onun təcridxanada aclıq aksiyası etdiyini, 15 kilo çəki itirdiyini və səhhətinin ağır durumda olduğunu bildirir. Bakı Şəhər 1 saylı İstintaq Təcridxanasında saxlanılan Hacıyev 3 gün öncə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.